Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim ürəyimdə kin yoxdur“ - Mehriban Xanlarova


Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov məhkəmədə qarşılaşacaqlar


Buna səbəb Kərimin aktrisanın ünvanına sosial şəbəkədə yazdığı xoşagəlməz ifadələrdir. Belə ki,  Mehriban Xanlarova “Maşın şou”dan uzaqlaşdırılandan sonra Kərim sosial şəbəkədə ürəyini belə boşaldıb:  
 
“Əslində, bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımların adı ləkələnir. Dağlı xanım, ümumiyyətlə, azərbaycanlı xanım qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çoxlarının beynində dağlılar barədə fərqli düşüncə formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.
 
Əvvəlcə aktrisanın bu məsələnin üstündən sakit keçdiyi zənn olundu. Amma bu sakitlik fırtınadan qabaqkı sakitlik imiş.
 
Əməkdar artist qarşı tərəflə məhkəmədə görüşəcəyini bildirib.
 
- Mehriban xanım, Kərimin sosial şəbəkədə ünvanınıza söylədiyi kəskin fikirlər sevənləriniz tərəfindən birmənalı qarşılanmadı. Amma nədənsə, siz susdunuz. Nə əcəb, sizdən çıxmayan iş?

- Mənim susmağımın səbəbi vardı. Düşündüm ki, Kərim gəlib məndən üzr istəyər. Amma bunu etmədi və mən də artıq susa bilmərəm. Eşitdiyimə görə, həmin təhqiramiz fikirlərini səhifəsindən də silib. Amma bunu ört-basdır edə bilməyəcək. Mənim ona ünvanlayacağım bir neçə sual var ki, o sualları Kərim müttəhim kürsüsündə cavablandıracaq.
 
- Bəlkə, elə o sualların bir-ikisini saytımız vasitəsi ilə səsləndirəsiniz…

- Kərim deyir ki, bir dağlı olaraq mənə görə xəcalət çəkir. Mənim  kimi həyasız insanın ucbatından bütün dağlı xanımların adı ləkələnir... Mən ona sual verirəm ki, sən kimsən axı? Mənim hansı hərəkətim və həyasız insan olmağım Kərimin anasının, bacısının və digər ona yaxın qadın qohumlarının adına ləkə gətirib, bunu açıqlasın. Guya mən dağlı qadınların qeyrət-namusuna ləkəyəm. Azərbaycanda yüzlərlə qeyri-millətin nümayəndələri  yaşayır. Kərim bu ifadəylə nə demək istəyir? Guya mən Xanlarova soyadına ləkəyəm, buna görə utanmalıyam. Mən atamın soyadını daşıyıram. Bu soyad mənim və digərlərinin xüsusi mülkiyyəti deyil ki, bu soyadı hansı vəziyyətə salmağıma görə Kərim mənim utanmağımı tələb edir. Bu soyadı yüzlərlə insan daşıyır.
 
Bu soyad Kərimin anasının, bacısının vərəsəsi deyil ki, buna görə o utansın. Suallarım çoxdur, bunlara bircə-bircə Kərim aydınlıq gətirəcək.
 
- Bəlkə, elə sizdən üzrxahlıq edəcək, bağışlanmağını istəyəcək?

- Mən bunu gözlədim, amma ondan səs çıxmadı. Gerisi məhkəmədə həll olunacaq.
 
- Mehriban xanım, yadınızada olar yəqin, şouda iştirak edən meyxanaçı Rəşad Dağlı da sizə eyni qəbildən olan sözləri demişdi?

- Əlbəttə yadımdadır. O, mənə demişdi ki, dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil. Mən ona demək istəyirəm ki, milyonların ürəyində yaşayan Zeynəb Xanlarova da dağlı qadınıdır.
 
- Soruşmaq istəyirdim ki, bu sözlərə görə Rəşad Dağlını məhkəməyə verməyəcəksiniz ki?

- Yox, mən Rəşadın cavabını elə “Maşın şou”da olarkən üzünə dedim.
 
- Maşın şouda bir çoxları ilə münasibətləriniz kəskinləşdi. Yəqin ki, çoxları ilə küsülü qalacaqsınız?

- Allahverdi Yolçuyev, sən demə, elə ovçu Piriymiş və silahının da lüləsini mənə - öz həmkarına sarı tuşlayıbmış. Amma şoudan gedəndən sonra mənə zəng edib üzrxahlıq etdi. Xatirədir, ondan da incimirəm. Çünki mənim ürəyimdə kin yoxdur.
 
- Bu şouda çoxları sizi aqressiv olmaqda ittiham etdi. Bu fikirlə razılaşırsınızmı?

- Onlar əslində məni camaatın gözündən salmağa çalışırdılar. Ümumiyyətlə, mən göründüyüm kimi deyiləm. Çox adam elə bilir aqressivəm, əslində ürəyim çox yuxadır. İlanın quyruğunu tapdalamasan, o, səni dönüb çalmaz. Ən sakit insanın belə bir əsəb nöqtəsi var, ona toxunanda özündən çıxır. Camaat bilmirdi axı, onlar efirdə elə sakit dayana-dayana mənim əsəblərimlə oynayırdılar. Özlərini quzu kimi sakit göstərirdilər ki, mən onların fonunda əsəbi, aqressiv görünüm. Kim durduğu yerdə qışqırar, əsəbiləşər. Mənim də səmimiyyətim həmişə başıma bəla olub. Eybi yox, hər halda, xalq özü kimin hansı xislətə malik olduğunu bilir.
 
- Doğrudan da, bu “Maşın şou” sizə stress yaşatdı. Stress atmaq barədə düşünürsünüz?

- İnşallah. Bir-iki günə nəvələrimi də götürüb dincəlməyə gedəcəyəm - təbiətin qoynuna.
 
- Təbiətin qoynuna çıxmazdan əvvəl proqnozunuzu da öyrənmək maraqlı olardı. Sizcə, maşın kimə qismət olacaq?

- Samir Cavadzadəyə.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ən çox oxunanalar