Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlhamə Quliyeva öləndən sonra bəziləri “şirə” döndü”


“Mənim İlhamə Quliyevaya vəfa borcum var. Bu gün efirlərə çıxmağımda, tanınmağımda onun rolu olub. Almaniyada yaşayırdım, Bakıya qayıtdım. Mənim ilk dəfə Bakıda ad günümdə yanımda İlhamə Quliyeva olub”


Bu sözləri Axşam.az-a açıqlamasında prodüser Tarix Əliyev (Tolik) deyib. 

Xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibətilə keçirilən yas mərasiminə qatılan prodüser bildirib ki, qonaqların əksəriyyətini məclisə o dəvət edib:

“Öləndə yasa gəlib, “haqqımı halal eliyirəm” deyirlər, ona da inanmaq lazım deyil. Çoxları onu sevmirdi, çünki açıqsözlü idi. Bəziləri deyirdi ki, o kiməsə yaltaqlanır. İnsanın əqidəsi bu idi. O indi Allah dərgahında öz yerindədir. Biz hazırda cəhənnəmdəyiq, yaşadığımız hər gün günahlar edirik. İlhamə Quliyeva kimlərəsə çox köməkliklər edib. O öləndən sonra bəziləri "şirə" döndülər. Arvad simasında olan kişilər şirə dönüb, onun arxasınca danışdılar. İlhamə Quliyevanın paltarını onlara geyindirsən, arvada oxşayacaqlar. İlhamə Quliyeva öləndə Zeynəb Xanlarova gəldi, prezident başsağlığı verdi. Amma onlar öləndə heç mən başsağlığı verməyəcəm... 

Şou-biznesin əksəriyyətini mən dəvət etmişəm. Kimi çağırdımsa gəldilər. Dünən verilən yas mərasimindən fərqli olaraq, bu gün burada tanınmışlar var".

Tolik İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun keçirdiyi yas mərasiminə sənət adamlarının qatılmamasından danışıb: 

"O onun oğlunun hörmətidir. Bu məclisi İlhamə xanımın bacıları, qohumları verir. Bu da bunların hörmətidir. Məhkəmə Orxanı İlhamə Quliyevanın oğlu kimi tanımadı. Sağlığında mənə də deyirdi ki, bacım oğludur. İndi məndə gedim oturum bacıların yanında, iddia edim ki, mənə belə deyirdi? İlhamə Quliyeva vaxtsız öldü".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ən çox oxunanalar