Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi ”

Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi


PİA.AZ Trend-ə stinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkədəki böhrandan sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi: "AXC-nin siyasi hakimiyyəti demokratik yollarla deyil, zorakı və qeyri-sivil metodlarla ələ keçirməsi, əslində, bolşevizmin açıq təzahürü idi. Kütlə psixologiyasının və kütləvi psixoz vəziyyətinin yaratdığı imkanlardan yararlanan təsadüfi, idarəetmə təcrübəsinə malik olmayan şəxslərin siyasi hakimiyyətdə təmsil olunması çox keçmədən cəmiyyətdə özünün ağır fəsadlarını qabarıq şəkildə göstərməyə başladı".

S.Novruzov vurğulayıb ki, həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü:

"Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində görülən işlər - atəşkəsə nail olunması, etnik separatizm meyillərinin aradan qaldırılması dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərməyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Habelə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Əgər 1992-ci ildə YAP-ın yaranması müstəqil Azərbaycanın ideoloji təməllərinin, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" iqtisadi bazasının əsasını qoyurdusa, 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiya onun hüquqi əsaslarını müəyyənləşdirdi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişinə cəhdlər zamanı YAP ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək xalqımızın hakimiyyətin müdafiəsi istiqamətində monolit birliyinin yaranması naminə uğurla fəaliyyət göstərərək zamanın imtahanından şərəflə çıxdı".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar