Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşqədəmin verilişinə çıxan Hadı Rəcəbli etirazla qarşılandı - Video

Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin "Səni axtarıram" proqramında ekspert kimi görünməsi bir çox tamaşaçını qıcıqlandırıb. Uzun illərdir ölkənin sosial siyasətinə rəhbərlik edən millət vəkilinin fəaliyyətindən narazı insanlar Xoşqədəm Hidayətqızına etiraz ediblər

Aparıcı deputatdan "İnstagram" hesabında yazılan mənfi rəylərə cavab verməsini istəyib. Hadı Rəcəbli barəsində yazılanların haqsız olduğunu bildirərək, narazıları qəbuluna dəvət edib:

"İlk növbədə demək istəyirəm ki, o adamlar kütlə psixologiyasına uyub, orada-burada yazılanlara haqq-nahaq, ədalətsiz uyurlar. Təəssüf edirəm.
Bu birinci dəfə deyil, mən 50 ildir peşəkar siyasətdəyəm. Xahiş edirəm, o adamlar mənim qəbuluma gəlsinlər, mənimlə ünsiyyətdə olsunlar, söhbət etsinlər. Nə qədər qaldırırıq, nə qədər görülən işlər var, hamısına aydınlıq gətirim.

25 ildir, 5 seçimdir mən bu komitənin sədriyəm. Deməli, burada nəsə var. Mən çox xahiş edirəm, mənim fəaliyyətimə şübhəsi olan insanlar gəlsinlər, söhbət edək. İmkan daxilində onlara kömək edəcəm. Mənim hər qəbulumda 80 nəfər adam olur. Buyurun, gəlin, danışaq. Onun 20-30 faizinə kömək edəndə özümü xoşbəxt sayıram.

Odur ki, belə hissə qapılmasınlar, onun-bunun sözünə uymasınlar. Bəzi anlarda hakimiyyəti təmsil edirəm. Mənim seçicilərim bu şeyləri oxuyanda narahat olurlar, narazı qalırlar. Lənkəranda camaat məni tanıyır, bilir. Nəslimi, kökümü tanıyırlar. Hissə qapılmasınlar, müxalif fikirlərə uymasınlar. Gəlsinlər, mən onları qəbul etmək etmək, onlarla fikir mübadiləsi aparmaq istəyirəm". (Baku.ws)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar