Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna yenə gəmilərini Kerç boğazına göndərir

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov ölkəsinin Kerç boğazı ilə bağlı məsələdə geri çəkilməyəcəyini bildirib

O qeyd edib ki, Ukrayna öz gəmilərinin növbəti dəfə Kerç boğazından istifadə etməklə, Azov dənizinə keçidini planlaşdırır.

Təhlükəsizlik Şurasının katibi rəsmi Kiyevin Rusiyanın Kerç boğazına birtərəfli qaydada nəzarəti ilə barışmayacağını bəyan edib. O deyib ki, əgər Ukrayna bu məsələdə geri çəkilsə, Rusiyanın həm sözügedən boğazda, həm də Ukrayna sahillərini yuyan Azov Dənizində qeyri-qanuni hegemonluğu və özbaşınalığı ilə barışmış olacaq. Bu isə yolverilməzdir. Buna görə də, Ukraynanın Kerç boğazı ilə bağlı növbəti həmləni həyata keçirməkdən başqa yolu yoxdur.

Bununla yanaşı, Turçinov Kerç boğazına üz tutacaq gəmilərin NATO gəmiləri tərəfindən müşayiət olunmasının, yaxud da heç olmasa bu heyətdə NATO təmsilçilərinin də iştirakının vacib olduğunu qeyd edib: “Ümid edirik ki, Kerç boğazına növbəti səfərimiz zamanı onlar (NATO-red.) heç olmasa öz nümayəndələrini göndərəcəklər. O zaman bu məsələyə dünyanın aparıcı ölkələrinin diqqəti cəlb olunacaq. Nəticədə Rusiya quyruğunu qısacaq və aqressiv hərkətlərə risk etməyəcək”.

O deyib ki, Ukrayna bununla da dünyaya Azov dənizi üzərində nəzarəti itirmədiyini göstərməlidir.

Hələ ki, rəsmi Moskva A.Turçinovun bu bəyanatına rəsmi reaksiya verməyib. Ancaq Krımı təmsil edən deputat Serqey Tsekov “Ukraynanın provakasiyalarının” qarşısının alınacağına eyham vurub.

Xatırladaq ki, noyabrın 25-də Ukraynaya məxsus hərbi katerlərin Kerç boğazından keçidinin qarşısı Rusiyanın hərbi gəmiləri tərəfindən alınmışdı. Beynəlxalq aləmdə geniş rezonans doğuran bu insident nəticəsində bir neçə Ukrayna hərbçisi yaralanmış və Rusiya tərəfindən əsir götürülmüşdü.(AzPolitika)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar