Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Çinə səfəri gözlənilir

Tramp tez bir zamanda Çinə səfər edəcək...

ABŞ Prezidenti Donald Tramp ikitərəfli iddiaların həlli ilə bağlı ticarət razılaşmasının birinci mərhələsində ABŞ-Çin sazişinin imzalanmasına “qarşılıq vermək” üçün yaxın vaxtlarda Çinə səfər etməyə hazır olduğunu bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, iki ölkə arasında ticarət razılaşmasının birinci mərhələsində sazişin imzalanması ilə bağlı keçirilən tədbir zamanı deyib.

“Çox yaxın gələcəkdə qarşılıqlı razılığa gəlmək üçün Çinə gedəcəyəm”, - deyə Tramp bildirib.

Amerika lideri ÇXR-in sədri Si Tsinpinin mərasimin yayımını “canlı izlədiyini” qeyd edib: “Bu gün biz vacib bir addım atırıq – əvvəllər Çin ilə əlaqədar bu istiqamətdə belə bir şey olmayıb – ədalətli və qarşılıqlı faydalı ticarətin gələcəyi naminə tarixi ticarət sazişinin birinci mərhələsinə imza atırıq”.

Əməliyyatın təfərrüatları hələ açıqlanmayıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou bundan əvvəl deyib ki, Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində göstərilən öhdəliklərə necə əməl edəcəyinə əmin olmaq üçün ABŞ Çindən gələn bir sıra mallara görə rüsumları saxlayacaq. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin də Çin mallarına görə rüsumların Çin ilə ticarət sazişinin ikinci mərhələsi ilə bağlı razılığa gələnə qədər qüvvədə qalacağını söyləyib.

Sənədin imzalanmasından 30 gün sonra ABŞ-ın Çin məhsullarına rüsumlarının azaldılması gözlənilir.

pia.az


Etiket: Tramp Çin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar