Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: “Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı öz maraqları çərçivəsində Birləşmiş Ştatları istismar etmək üçün yaradılıb... 

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Dünya rəqabətini unutmayın - Çinlə və bir çox dünya ölkələri ilə. Biz inanılmaz iqtisadi rəqabət vəziyyətindəyik, həmçinin Avropa ilə, hansı ki, heç vaxt bizə yaxşı münasibət bəsləməyib.

Avropa Birliyi ABŞ-dan öz maraqları üçün istifadə etmək üçün yaradılmışdı. O yaradıldı və onlar ABŞ-dan istifadə edirlər. Mən bunu bilirəm, onlar bilirlər ki, mən bunu bilirəm, amma başqa prezidentlər bu anlayışa malik deyildilər", - deyə Ağ Evdə mətbuat konfransında ABŞ lideri deyib.

“Report” xatırladır ki, Avropa Birliyi (əvvəlki Avropa İqtisadi Birliyi-red) 1957-ci ildə Almaniya, Fransa, İtaliya və Benilüks ölkələri tərəfindən yaradılıb. Sonralar Böyük Britaniya da iki dəfə quruma üzvlük üçün müraciət edib. Lakin Fransanın o zamankı Prezidenti Şarl de Qoll İngiltərənin ABŞ yönlü siyasət yürütdüyünü əsas gətirərək Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünə veto qoyub. Yalnız Şarl de Qollun hakimiyyətdən getməsindən sonra Britaniya birliyə üzv qəbul ola bilib.

pia.az 


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar