Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: "Hüseynbala Mirələmovun hərəkəti bəlkə başqa məqsədlə deyil..."

“Hüseynbala Mirələmovla bağlı baş verən məsələyə çox pis oldum. Mənim üçün gözlənilməz idi. Ağsaqqal adamdır, bu necə olub? Nə ad qoymaq olar? Bəlkə başqa məqsədlə deyil... Amma yozmaq da olmur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

T.Kərimli cəmiyyətin bu məsələyə reaksiyasını normal qiymətləndirdiyini qeyd edib: “Bunu kim müsbət qiymətləndirə bilər ki? Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Yeni Azərbaycan Partiyasından da istefa verər. Qınaq varsa, reaksiya vermək ən yaxşı yoldur. Türkiyədə Dəniz Baykalla bağlı belə bir məsələ baş vermişdi. O, dərhal partiyadan istefa verdi. Analoji addımın atılması vacibdir. Sual verə bilərlər ki, niyə Milli Şuranın sədri Cəmil Həsənli ilə bağlı məsələyə bir cür, Hüseynbala Mirələmova başqa cür yanaşılır? Hüseynbala Mirələmov istefa verməlidir, başqa yol da yoxdur. Bu hal fəaliyyət göstərdiyi universitetdə onlayn görüş zamanı yaşanıb. Görüş digərləri üçün də açıq olub, qapalı olmayıb. Ona görə də videonun yayılması şəxsi həyata müdaxilə hesab edilmir. Evində və ya başqa qapalı məkanda olsaydı, videonun yayılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilərdi”.

Deputat videonun yayılması ilə bağlı versiyalara da toxunub: “Ən müxtəlif versiyalar irəli sürürlər. Bildirirlər ki, Rusiya və Belarus arasında ittifaqın yaradılması müzakirə edilir, ona görə video ortaya atılıb, gündəmi dəyişirlər. Hətta iddia edirlər ki, Cəmil Həsənlinin qızının məsələsinə reaksiyadır. Doğrudan da, maraqlıdır, onlayn görüş yanvarda olub, amma video dünən yayılıb... Siyasi və ya qisas almaq məqsədilə də ola bilər. Bunun motivi araşdırılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar