Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Əbiyev: "Ermənistanın etirafları göstərir ki, düşmən bataqlıqdan çıxmaq üçün yollar axtarır" 

Keçmiş müdafiə naziri, gerenal-polkovnik Səfər Əbiyev Moderator.az -a bəyanat göndərib.

Bəyanatda deyilir:

"Sentyabrın 27-də səhər saatlarında işğalçı erməni silahlı bölmələrinin yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi  qəflətən atəşə tutması nəticəsində Azərbaycan Ordusu güclü əks hücumla düşmənin onlarla canlı qüvvəsini və xeyli sayda hərbi texnikasını sıradan çıxarmış və ön xətti yararaq işğal altında olan ərazilərimizə daxil olmuşdur. Döyüşlər artıq bütünlüklə Qarabağ torpaqlarının azadlığı uğrunda gedir. Düşmənin böyük itkilərə məruz qaldığı barədə Azərbaycan dövlətinin rəsmi məlumatları, eyni zamanda Ermənistan tərəfin özünün etirafları göstərir ki, düşmən çıxılmaz durumdadır. Bataqlıqdan çıxmaq üçün yollar axtarır.

Vəziyyətdən xilas yolu axtaran Ermənistan Azərbaycan rəhbərliyinə atəşin dayandırılması və təcili danışıqlara başlamaq təklifi ilə müraciət etməsi göstərir ki, düşmən artıq Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminəm ki, Ordumuz Cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsini təmin edəcəkdir. 

Müharibənin getdiyi indiki gərgin günlərdə təxribatlara uymamaq, yalan və əsası olmayan məlumatların yayılmasına fürsət verməmək üçün hər kəs öz məsuliyyətini dərindən dərk etməlidir. Mən hamını, bütün Azərbaycan vətəndaşlarını dövlətin və Ali Baş Komandanın yanında olmağa, məsləhət və tövsiyyələrinə sözsüz əməl etməyə səsləyirəm. Qələbə bizimdir!!! Çünki haqq, ədalət bizimlədir!!!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar