Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb - Yenilənib - Foto

İlham Əliyevi Çinin rəsmi şəxsləri qarşıladılar

AZƏRTAC-dan bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "Huawei" şirkətinin sədri Lian Xua ilə görüşüb.

 ***

24.04.2019
17:53

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.

AZƏRTAC-a istinadən bildirilir ki, Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirdi. "Bir kəmər, bir yol" layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirdi. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Forumuna dəvətə görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirdi.

Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olundu.

 ***

24.04.2019
11:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

AZƏRTAC-a istinadən xəbər verilir ki, "ZTE" Korporasiyasının sədri Li Zixue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi.

Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

 ***
24.04.2019
07.01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

AZƏRTAC-a istinadən bildirilir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar