Vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti, bəstəkar Arif Məlikovla vida mərasimində iştirak edirlər. ONA-nın məlumatına görə, vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir.
Qeyd edək ki, bəstəkar Arif Məlikov bu gün 86 yaşında dünyasını dəyişib. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunacaq.
pia.az