Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər indi də Rusiya ərazilərinə iddia edirlər: “Stavropoldan tutmuş Rostova qədər bizimdir”

Bu zamanadək Rusiyanın qoltuğuna sığınıb Azərbaycana, Gürcüstana, Türkiyəyə və zaman-zaman İrana qarşı ərazi iddiları irəli sürən erməni millətçiləri indi də gözələrini öz sahiblərinin torpaqlarına dikiblər. Bəli, söhbət Rusiya ərazilərindən gedir. Rusiyanın Ukrayna ilə müharibədə ağır zərbələr aldığını hiss edən erməni şovinistləri Stavropol, Krasnodar, Rostov-Don kimi vilayətləri ələ keçirmək arzusundadırlar.

Ovqat.com-un məlumatına görə, erməni yazar Qalust Qriqoryan qələmə aldığı “Bizim olanı qaytarmağın vaxtıdır: tarixi hadisələr ərəfəsində Ədalət” sərlövhəli məqaləsində bu ideyanı ortaya atıb.

Son vaxtlar Estoniyanın Rusiyadan tarixi torpaqlarını istəməsini əsas gətirən erməni müəllif İrəvanın da bu iddia ilə çıxış etməsini vacib sayır. Onun fikrincə, Rusiya artıq zəifləyir və ermənilər bu fürsətdən istifadə edib kompakt şəkildə yaşadıqları rus ərazilərini ələ keçirməlidirlər. Maraqlıdır ki, müəllif həmin ərazilərə elə rus imperiyası tərəfindən yaxın keçmişdə köçürüldüklərini də gizlətmir. Amma “harda erməni yaşayırsa, ora bizimdir” kimi xəstə məntiqə söykənən nankor qonşularımız indi dişlərini “ölüvay” Rusiyaya qıcamağı vaxtı yetişmiş məqam hesab edirlər.



Yazının mövzumuzla əlaqədar hissəsini oxucularımızın diqqətinə çatdırırıq:

“Müasir Rusiya ərazisində ermənilərlə əlaqəli çoxlu ərazilər var. Bildiyiniz kimi, XVIII-XIX əsrlərdə Osmanlı İmperiyasından və İrandan bir çox ermənilər yaşamağa Rusiyaya - qəddar qəbilələrin hökm sürdüyü tarixi Ermənistan ərazisindən köçüblər.

Əsrlər boyu imperatorluğa yeni ilhaq olunmuş və tərk edilmiş torpaqları araşdıraraq yeni şəhərlər qurduq. Ermənilərin Rusiyada əsasını qoyduğu ən məşhur yaşayış məntəqələrindən biri Stavropolun şərqindəki Budennovsk şəhəridir.

Şəhərin əsası 1799-cu ildə Qarabağdan buraya, susuz çöllərə köçən ermənilər tərəfindən sıfırdan qoyulub. Əvvəlcə Budyonnovsk ermənicə Surb-xaç (Müqəddəs Xaç) adlanırdı. Şəhər Sovet marşalının şərəfinə adını yalnız 1921-ci ildə aldı.



Krasnodar diyarının şərqində 200 minlik böyük şəhər olan Armaviri də qeyd etməmək mümkün deyil. Armavir 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərdən təmizlənərək "Çərkəz erməniləri" (Çərkəz) adlanan birlik tərəfindən quruldu. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyır. Həmçinin, digər böyük erməni şəhəri indiki Rostov-na-Donun ən böyük rayonlarından olan Naxçıvan-na-Dondur. Amma hələ 1928-ci ilə qədər Nor-Naxçıvan ayrıca erməni yaşayış məntəqəsi idi.

Müasir Rusiya ərazisində erməni şəhərlərinin adını çox sadalamaq olar. Ancaq onları xatırlamaq yox, həm də doğma limana qayıtmağa hazır olmaq daha vacibdir. Müəyyən şəraitdə və hər şey buna doğru gedir, Estoniyanın hərəkətləri də ona işarə edir ki, biz də tarixi ədaləti bərpa etməyə hazır olmalıyıq. Ermənistanı daxili siyasi qarşıdurma ilə zəiflətməmək üçün indi hamımız bu barədə düşünməliyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar