Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın alıcılıq qabiliyyətində azalma: "Məzənnənin stabil qalmasına çalışılır"

"İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilərsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır".

Bu sözləri manatın mövcud alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, yerli istehsalın tam formalaşmaması fonunda böyük iqtisadi kəsr ortaya çıxır və bu baxımdan istehsal sahələrinin yaradılması vacibdir:

“Bu il manatın alıcılıq qabiliyyətinin məhdudlaşması gözləniləndir. Çünki dünya ölkələrində valyutaların alıcılıq qabiliyyəti hazırkı iqtisadi proseslərə rəğmən aşağı düşməkdədir. Artıq enerji daşıyıcıları və istehlak məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu artım inflyasiyanın baş verdiyini göstərir və ona görə də manatın vəziyyətinə təsir edir. Artım əsasən daşınmaz əmlak bazarında müşahidə olunur. Əvvəllər mənzillərin qiymətindəki dəyişikliklər 1-2 faiz civarında baş verirdisə, hazırda 10-15 faiz civarında artım var. Əmlakın qiyməti bahalaşdıqca, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi reallaşır. Düzdür, hazırda manatın bazardakı əsas mövqeyini qoruyub saxlayan neft məhsullarıdır. Neftin mövcud stabilliyi manatın dollara nisbətən öz mövqeyini qorumasına yol açır.

Mərkəzi Bank bazarda ABŞ dollarının xüsusi çəkisini artırmaqla, manatın məzənnəsinin stabil qalmasına çalışır. Halbuki milli valyuta özü özünü tənzimləməlidir. İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilirsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır. Həmçinin ölkə məhsullarının kənarda bazarları müəyyən olunmalıdır. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısını almaq üçün iqtisadi sahədə müəyyən islahatların aparılması və investisiyaların cəlb edilməsi zəruridir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar