Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabad sakinindən yeddi kiloqram narkotik aşkarlanıb - Foto

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində yeddi kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, əlavə olaraq külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Qarayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqramdan artıq heroin, 1 kiloqram 200 qrama yaxın tiryək, 251 qram metamfetamin, bir ədəd elektron tərəzi, əlavə olaraq yaşadığı evin yaxınlığında çöllük ərazidə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, R.Qarayev narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və deyiləcək yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təmin etməli imiş.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Mahmud Cəfərov və Famil Əskərov saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ən çox oxunanalar