Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

“35 yaşlı icra başçısının xanımı 350 minlik avtomobil idarə edir” başlıqlı ötən yazımızda Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovun bahalı avtomobilindən bəhs etmişdik . Gundelik-baku.com-un ötən saylarında xəbər verdiyimiz kimi dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı GMC Yukon Denali markalı avtomobil icra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib.

Ancaq avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Və Maştağa sakinləri ilə aralarında narazılıq var.

Yazı oxucular tərəfindən maraqla qarşılanıb və ciddi komentlər və suallar gəlib.

Görəsən, 35 yaşlı icra başçısı dəyəri 350 min olan xarici avtomobili hansı pulla alıb ?

Hələ avtomobil harasıdır?

Cənab icra başçısının Elmlər Akademiyası ərazisində neçə mənzili var?

Bəs Novxanı ərazisində bağ evinin dəyəri neçə yüz min, bəlkə də neçə milyon olar?..

Yaxşı tutaq ki, 350 minlik avtomobili icra başçısının qaynatası, Narxozun keçmiş rektoru Şəmsəddin Hacıyev bağışlayıb. Bəs mənzilləri, bağ evini kim bağışlayıb?

Bəlkə cənab başçının dayısı Həmkarların sədri Səttar Möhbalıyev hədiyyə edib?

Hər yerdə filankəsin kürəkəni, filankəsin bacısı oğluyam deməklə deyil e…

Cənab Prezident gəncləri vəzifəyə təyin edəndə dedi ki, sizə etimad göstərirəm, etimadı doğrultmasanız, işdən çıxardacam.

Deyəsən Seymur Orucovun etimad limiti tükənmək üzrədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar