Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar artıq jurnalistikanın mənasızlaşdığını görürlər” – Elçin Şıxlı

Bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb...

Jurnalistikaya cəmiyyətdə marağın olmaması, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb.  İllər öncə, ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanların sayı indi xeyli azalıb. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər.  Son vaxtlar jurnalistikaya marağın azaldığını, imicin zəiflədiyini görürük.

"Ayna” və "Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı  bildirib ki, jurnalistika çətin və təhlükəli peşədir: “7-8 il əvvəl Bakı Dövlət Universitetində  Jurnalistika ixtisası üzrə dərs demişəm. Məsələn, bu ixtisas üzrə qəbul olunub, təhsil alan 25 nəfərdən maksimum 3-ü  jurnalist olmaq istəyirdi.

Göründüyü kimi, bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb. Jurnalistikaya və peşəkar jurnalistlərə hörmət qalmayıb. İnsanlar artıq jurnalistikanın mənasızlaşdığını görürlər. İndi əlinə telefon, fotoaparat götürən insanlar “bloqer” adı qazanırlar.  Və insanlar da düşünürlər ki, təhsil almadan peşəkar jurnalist olmaq mümkündür. Ona görə də ali təhsilli “bloqer”lərin sayı jurnalistlərin sayından çoxdur və onların sözü daha keçərli olur. Ənənəvi jurnalistikaya inam yoxdur.  Yaranmış vəziyyət həm də ölkədə jurnalistikanın nüfuzdan düşməsi ilə əlaqəlidir. Peşəkar jurnalistlər etik normalara, qaydalara tabe olmalıdır”.(Sherg.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar