Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Katoliklərin “əmlakları”: İntibahın irqçiliyə təsiri...

Coğrafi kəşflərdən Renessansa qədərki irqçilik - Maarifçilik rasizmi necə gücləndirdi?..

Gaffar Yakınca

“Aydınlık” qəzeti, Türkiyə, 25 iyun 2020-ci il

İspaniyadakı son müsəlman dövləti Qranada 1492-ci il yanvarın 2-də süquta uğrayıb. Daha sonra 31 Mart 1492-ci ildə İspaniyanın katolik hakimiyyəti yəhudilərin sürgün edilməsi barədə fərman vermişdi. Elə həmin il oktyabrın 12-də Xristofer Kolumb və onu müşayiət edənlər (o vaxt Hindistan zənn etdikləri) Baham adalarına ayaq basdılar. Buna görə, 1492-ci il Avropanın irqçilik tarixində xüsusi bir yerə sahibdir. Qərbi Avropadakı son müsəlman quruluşu barbar üsullarla məhv edilmiş, yəhudilərə qarşı nifrət son həddə çatmış və Qərb yeni bir nifrət obyekti olacaq insanlarla - qara və qırmızıdərililərlə ilk dəfə tanış olmuşdu.

Katolik “əmlaklar”

Özünü üstün sayan qərblilərin digər “geridə qalmışlara” necə yanaşmalı olduğu məsələsi ilk dəfə 16-cı əsrin ispan mütəfəkkirləri Bartolome de las Kasas və Xuan Gines de Sepulveda arasında müzakirə edilib. Müzakirənin əsas istiqaməti yerlilərin insan sayılıb sayılmayacağı ilə bağlı idi. Sepulveda yerlilərin insan sayıla bilməyəcəyini və insan-heyvan arasında olan bu varlıqların yeganə vəzifənin İspaniyaya xidmət etmək olduğunu müdafiə edirdi. Qaradərili varlıqlar insanlar kimi düşünə, sevinə və ya əzab çəkə bilməzdilər. Kasas isə yerli adamları insan sayır, ağ adam qədər olmasa belə, onların da bir növ ağla və bəzi duyğulara sahib olduğunu iddia edirdi. Ancaq yerliləri insan kimi qəbul edərkən daha vacib bir məsələ ortaya çıxırdı: onların Allahın əmrinə salınması, yəni xristianlaşması gərəkirdimi? Kilsə və Krallıq Kasasın fikirlərini yalnız bir şərtlə dəstəkləmişdi: yerlilərin xristianlığa keçməsi köləliyə zərər verməməli idi.

Sonda yerlilər “insan yerinə qoyulduqları üçün” zorla xristianlaşdırılaraq katolik əmlaklara çevrildilər.

Coğrafi kəşflərin və ticarətin güclənməsi ilə paralel olaraq çox sayda biliklərin toplandığı Avropada 18-ci əsrdə yeni bir dönəmin, “ağıl əsri” adlandırılan İntibah (Renessans) dövrünün qapıları açıldı. Bu dövrdə texniki və elmi tərəqqi ilə ortaya çıxan əsas müzakirə insanın təbiətlə əlaqəsi məsələsi idi. Geniş yayılmış fikrə görə, insan təbiəti idarə etməli və vəhşi təbiəti əhliləşdirərək ondan özü üçün istifadə etməlidir. Ancaq bununla birlikdə, əsas hədəfin təbiətlə sülh içində yaşamaq olduğunu deyənlər də vardı.

Birincisi kəskin xətləri olan bir tərəqqi ideyasını təmsil etdi. Bir zamanlar amerikalı yerlilər və ya afrikalılar kimi “geridə qalmış və vəhşi” olan ağ adam ağlından istifadə edərək irəli gedib və bu günkü mədəniyyət səviyyəsinə çatıb.

“Nəcib vəhşilik” ideyası olaraq bildiyimiz ikinci düşüncə isə yerliləri təbiətlə harmoniyada yaşayan “pozulmamış” insanlar kimi qəbul edirdi. Əslində, hər iki baxış fərqli istiqamətlərdən gəlib, amma eyni qapıya çıxıb: onlara görə yerli insanlar sivilizasiyadan kənarda yaşayan və ağ adamlardan geridə qalmış vəhşi varlıqlar idi.

İntibahın irqçiliyə təsiri

Erkən İntibah ideyası, əsasən, təbiəti tanımaq və təsnif etmək üzərində qurulmuşdu. İnsanları düşündürən mühüm təsnifat problemlərindən biri bütün insanların eyni növə mənsub olub olmaması ilə bağlı idi. İsveç təbiətşünası Karl Linuesin 1735-ci ildən etibarən nəşr etdirdiyi təsnifat araşdırmaları bitkilərdən insanlara qədər çoxlu məlumatlar verirdi. Mövcud insanı Homo Sapiens adlandıran Linues onu 4 qrupa bölür: Amerikanus, Avropeaus, Asiatikus və Afer. Linues öz araşdırmalarında irqi anlayışından istifadə etməsə də, bu təsnifatın fiziki xüsusiyyətlərə görə qurulması çox vacibdir.

İntibah düşüncəsinin müasir irqçiliyə verdiyi töhfə ilk növbədə İmmanuel Kanta və Devid Huma əsaslanır. Bu iki böyük filosof insanların fiziki xüsusiyyətlərinə və xüsusən də, dəri rənglərinə görə təsnif edilməli olduğunu düşünürdü. Devid Hum 1754-cü ildə çıxan “Milli personajlar haqqında” kitabında deyir: “İstehsalın, elmin və incəsənətin olduğu bir yerli əhali görə bilməzsiniz. Bütün bunlar və mədəniyyətlər təkcə ağ insanlar üçündür. Ağ adamlar arasındakı ən barbar xalq olan qədim almanlarda və tatarlarda belə bir elita var. Bu, ağ adamın qaradərilidən və ümumiyyətlə, bütün digər insan növlərindən daha üstün olduğunun bir göstəricisidir”.

Digər tərəfdən, Kant 1780-ci illərdə ümumbəşəri əxlaq nəzəriyyəsini inkişaf etdirərkən ağ adamın üstünlüyünü izah edən bir sıra mətnlər nəşr etdirib. Maarifçilik fondunun ən böyük filosofunun 1764-ci il tarixli qeydi olduqca maraqlıdır: “Tamamilə qara bir adam... - dediklərinin axmaqlıq olduğunu göstərən əyani bir sübut”.

Linuesin elmdə, Kant və Humun isə fəlsəfədə yaratdığı düşüncələr sonrakı dövrdə bu istiqamətdə digər çoxlu fikirlərin inkişafına səbəb oldu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar