Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Nəsimi rayon sakini Fehruzzadə Xatirə Qurban qızı yazır...

Xalqın təkidli tələbi ilə ikinci dəfə - 15 iyun 1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev çox çətin iqtisadi-sosial və ictimai-siyasi vəziyyətdə olan müstəqil Azərbaycan Respublikasını qısa müddət ərzində böyük gələcəyi olan bir dövlətə çevirmişdir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir . Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olundu, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün mühüm iqtisadi islahatlar başlandı.

Ulu Öndər iqtisadi islahatları neft strategiyası ilə sıx bağlılıqda həyata keçirməyə başladı. Bununla həm iqtisadi potensialı gücləndirdi, həm də beynəlxalq aləmdən güclü dəstək aldı. 1994-cü il sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair imzalanan saziş - "Əsrin müqaviləsi" bu prosesdə həlledici rol oynadı. Müqavilənin müsbət tərəfi ondan ibarət idi ki, ölkənin siyasi stabilliyi və iqtisadi müstəqilliyinə kömək edirdi. Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində ABŞ şirkətləri Xəzər hövzəsinə gətirilərək yataqların birgə işlənməsinə başlandı. Böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu.

Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün yeni neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyası ən aktual məsələ olaraq gündəmə gətirildi. Bu konsepsiyasının həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğu sübut olundu və “üç dənizin əfsanəsi” reallığa çevrildi.

Ümummilli Lider Heydər Əliyev siyasi və iqtisadi islahatlar apararaq strateji əhəmiyyətli sistemli addımlar atdı. Heydər Əliyev çox ağıllı kadr siyasəti həyata keçirərək gənc, yüksək diplomatik hazırlığa malik İlham Əliyevi neft strategiyasının reallaşdırılması prosesinə cəlb etdi. Təcrübə göstərdi ki, bu, çox uğurlu bir addım oldu və İlham Əliyev bu yolu olduqca səmərəli surətdə inkişaf etdirməkdədir. Bu prosesdə dövlət başçısının vurğuladığı kimi, insan kapitalı başlıca yeri tutmaqdadır.

Zaman keçdikcə biz Ümummilli Lider Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi ideyaları tarixə çevirir.

****

Xalqımız 1993-cü ilin 15 iyun gününü Azərbaycanın müasir tarixində şanlı yeri olan bir hadisə kimi qeyd edir. O gün bütün Azərbaycanların doğma Qurtuluş günü kimi tarixdə qaldı: tərcübəli siyasi xadim, xalqın müfuzlu rəhbəri kimi tanınan Heydər Əliyev çox çətin bir dövrdə Bakiya gəldi. Elə bir zaman idi ki, xalq hərəkatı ölkəni bürümüşdü və hərəkatın istiqamətləndirilməsində tərcübəsiz insanlar iştirak edirdi. Müstəqilliyinə nail olmuş Respublikada siyasi hakimiyyət uğrunda müxtəlif qüvəllər arasında mübarizələr gedir, intriqalar baş verir, vətəndaş müharibəsi təhlükəsi yaranırdı. Erməni işğalçıları Dağlıq Qarabağı və Azərbaycan rayonlarını bir-birinin ardınca ələ keçirir, cinayətkar qüvvələr hakimiyyətə can atır, özbaşına siyasi qrup və dəstələr yaradılırdı. Separatcı qüvvələr baş qaldırır və respublikanın parçalanması təhlükəsi çoxalırdı.

İctimai həyatın iflic olması və iqtisadiyyatın dağılması şəraitində cinayətkar durum yüksək həddə çatırdı.

Naxçıvan Muxtar Respublikasında xalqın dəstəyini almış Heydər Əliyev böyük çətinlikləri dəf edərək müstəqil Azərbaycanın üçrəngli bayrağını yenidən qaldırıb ona tarixi status verdi.

Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin Bakiya gəlməsini və bu qurtuşda rəhbərlik etməsini yeganə çıxışı yolu hesab edirdi.

1993-cü ildə May ayının 15-də Böyük Qurtuluş baş verdi: Heydər Əliyev Bakiya gəldi. Müdrik rəhbər yeni Azərbaycanı qurmaq uğrunda çətin siyasi və iqtisadi problemlərin həllinə başladı. Bu yolda onun arxalandığı əsas qüvvə xalq olmuşdur. Təsadüfi deyil ki, məhz xalqın dəstəyi ilə Heydər Əliyev «Ulu öndər» və «Ümumi-milli lider» kimi yüksək mənalı adları qazanmışdır.

Bu gün Azərbaycan xalqı Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında Böyük Qurtuluşun müəyyən etdiyi istiqamətdə irəliyə doğru gedir.

Imamverdi Hamidov - Nəsimi rayon sakini

pia.az

 

 


Etiket: Nəsimi rayon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar