Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün dünyada iqtidarlar koronavirusu olduğundan daha qorxulu təqdim etməyə başladılar”

“Sərt karantin tədbirlərinin elanı bir neçə səbəbdən qaynaqlanırdı”...

“Dünya Səhiyyə Təşkilatı 11 mart 2020-ci ildə dünyada koronavirusla bağlı pandemiya elan etdi. Həmin gün dünyada virusa yoluxanların sayı cəmi 119 min 132 nəfər idi, həmin günə dünya üzrə ölənlərin sayı isə 4284 nəfər təşkil edirdi. Bu rəqəmləri yadda saxlayaq”. Bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Sərt karantin tədbirlərinin elanı bir neçə səbəbdən qaynaqlanırdı”

Cəfərli diqqətə çatdırıb ki, pandemiya elanından sonra dünya ölkələri bir-bir qapanmağa başladı, karantin tədbirləri artdı, artıq aprel ayının əvvəlinə dünyada 4 milyard insan karantin elan olunan ölkələrdə yaşayırdı: “Sərt karantin tədbirlərinin elanı bir neçə səbəbdən qaynaqlanırdı: 1. Virus yenidir, elm dünyası virusla tanış olmalı, araşdırmalar aparmalıdır. 2. Xəstəliyin sürətlə yayılması riski səhiyyə sistemini çökdürə bilərdi, reanimasiya yerləri tez dola, xəstələrə effektiv kömək göstərilməsini mümkünsüz edə bilərdi. 3. Müxtəlif müalicə sxemlərinin yoxlanılmasına zaman lazım idi. Amma koronavirusla bağlı fərqli yol tutan, siyasi təsirlərini hesablayaraq, fərqli davranan ölkələr də oldu”.

“Karantin rejiminin elan olunması həm də müxalifətin önə çıxmasının qarşısını almaq üçün idi”

“Karantin rejiminin tez elan edilməsini demokratik, yarı-demokratik ölkələrdə müxalifət israrla tələb edirdi. Hakimiyyətdə olan siyasi güclər, partiyalar növbəti seçkiləri göz önünə alaraq sonuna qədər düşünmədən ard-arda karantin elan etdilər ki, birdən ölüm sayı kəskin artsa, bunun altından çıxa bilməyəcəklər, müxalifət bütün günahı onlara yükləyərək önə çıxıb, reytinq yığıb seçkilər yolu ilə hökuməti dəyişəcəklər. Yəni demokratik seçkili ölkələrdə karantin rejiminin elan olunması həm də müxalifətin önə çıxmasının qarşısını almaq üçün idi. Amma karantin elan olunandan bir müddət sonra ayıldılar ki, iqtisadiyyatın çökməsi, işsizlik və pulsuzluq da iqtidarların əlehinə işləyir-işləyəcək, yenə reytinq itirəcəklər. Bunun qarşısını almaq üçün hamı kisənin ağzını açdı – təşviq və dəstək paketlərinin dünya üzrə ümumi həcmi 12 trilyon dollara çatdı. Bu da yetərli deyil. Ona görə də bütün dünyada iqtidarlar koronavirusu olduğundan daha qorxulu təqdim etməyə başladılar, media vasitəsi ilə daha çox panika yaymağa çalışdılar ki, məsuliyyəti qloballaşdırdılar. Yəni lokal olaraq hər hansı bir ölkədə problemin qaynağının özləri olmadığını, problemlərin qlobal olduğunu insanların beyninə daha dərin yeritmək lazım idi. Bu yolla məsuliyyət yayğınlaşır, əhali öz hökumətlərindən daha çox beynəlxalq bəlanı sorumlu tutur. Paralel olaraq dünyanın demokratik ölkələrinin hökumətləri özlərinə yaxın media vasitəsi ilə dünyada “günah keçiləri” axtarmağa, gah cip, gah 5C söhbətini yayaraq məsuliyyəti özlərindən atmağa çalışdılar”,-deyə iqtisadçı vurğulayıb.

“Avtoritar ölkə olan Belarusda Lukaşenkonun seçki və reytinq dərdi yoxdur”

Cəfərli nəzərə çatdırıb ki, dünyada başqa yol tutan iki ölkənin, İsveç və Belarusun maraqlı təcrübəsi oldu, amma səbəblər tam fərqli idi: “İsveçin fərqli yol tutmağının tək səbəbi o idi ki, hökumət ilk gündən elm adamlarını önə çıxartdı, dedilər ki, bu siyasi və idarəetmə məsələsi deyil, elmi və tibbi məsələdir. Ona görə də alimlər nə desə, onu edəcəyik. Bu da bizə siyasi məsuliyyət yaratmır. Yəni İsveç demokratik ölkə olsa da, hökumət məsuliyyəti Elm Komissiyasına həvalə etdi, vətəndaşlar da bununla razılaşdılar. O komissiya nə dedisə, onu da etdilər.

Avtoritar ölkə olan Belarusda Lukaşenkonun seçki və reytinq dərdi yoxdur. Rəqibi yoxdur, hər ay tam demokratik seçki keçir. Lukaşenko seçkini udacaq, xalq arasında böyük reytinqi var. Ona görə də, iqtisadiyyatı seçdi, karantin elan etmədi, heç kim də onu daxildə buna görə qınamadı. Ara-sıra səslənən azacıq müxalif səslərə isə ölkə daxilində fikir verən yoxdur. Yəni iki fərqli sistem olan İsveç və Belarusda eyni qərar verilməsinin səbəbləri müxtəlif idi”.

“Çəkindilər ki, birdən çox sərt artım olar, ölümlər kəskin artar”

“Yaxşı, bəs yarı-demokratik, digər avtoritar ölkələrdə, məsələn, Rusiyada, Azərbaycanda nədən həmən kəskin karantin elan edildi?! Açığı, bu sualın birmənalı cavabını bilmirəm, amma ehtimal edirəm ki, hər iki ölkədə hökumət cəmiyyətdən biz düşündüyümüzdən daha çox çəkinirlər. Ya da, Avropaya, ABŞ-a baxıb eyni davrandılar. Çünki, özlərində ciddi inkişaf etmiş beyin mərkəzləri və analitik qruplar yoxdur. Çəkindilər ki, birdən çox sərt artım olar, ölümlər kəskin artar, bu da cəmiyyətdə altdan etirazlara səbəb ola bilər. Və ya bu şəraitdən istifadə edib camaatı nəzarətdə saxlamağın müxtəlif üsullarını test etməyə qərar verdilər. Yeri gəlmişkən, demokratik ölkələrdə də eyni eksperiment gedir”,-deyə iqtisadçı əlavə edib.

“İnsan həyatı söhbəti boş söhbətdi, əsas məsələ hakimiyyət məsələsidir”

Cəfərli 28 May günü dünyanın korona statistikasını da qeyd edib: “Həmin gün virusa yoluxanlar – 5 mln. 807 min 166 nəfər, ölənlərin sayı – 360 min 300 nəfər. Yəni 11 mart pandemiya elan edilən gündən bu yana yoluxanlar 49 dəfə, ölənlərin sayı isə 84 dəfə artıb. Amma indi dünya ölkələri karantindən çıxır, tədbirləri yumşaldır, iqtisadiyyatın çarxlarını döndürməyə çalışırlar. Niyə? Nə səbəbə? Əgər desələr ki, bəs artıq virusu tanıdıq, hazırlaşdıq, xub, anlamaq olar, amma hələ ki, bu mərəzin nə dərmanı var, nə vaksini. Bəs, nə baş verir?! Hə, deməli, yenə də siyasi qərarlar önə çıxır, dünya ölkələri anladılar ki, iqtisadiyyatın daha da çökməsi hakimiyyətdə olan siyasi təşkilatların sonunu gətirəcək. Necə karantin tədbirləri siyasi çəkincələrə görə idisə, indi də açılma yenə siyasi səbəblərdən-seçkilərdə hakimiyyəti itirmə qorxusudur. Başqa bunun izahı varmı?! Çünki əgər virus deyildiyi kimi kəskin yayılma qabiliyyəti varsa, bu gün dünyada təsbit olunmuş 6 milyona yaxın yoluxmuş aşkarlanıbsa, deməli, həndəsi silsilə ilə bu sayın yüz milyonlarla, milyardlarla olması istisna deyil. Əgər indi virusun başını buraxırlarsa, deməli, insan həyatı söhbəti boş söhbətdi, əsas məsələ hakimiyyət məsələsidir. Koronavirus məsələsində demokratiyanın həm pozitiv, həm də neqativ rol oynadığını aşkar görürük. Düşüncələrini çox bəyəndiyim Uinston Çörçill demiş, “Demokratiya – idarəçiliyin pis formasıdır. Amma insanlıq hələ bu formadan yaxşısını fikirləşib tapa bilməyib””.(Hurriyyet.org)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar