Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Hamı kimi gözləyirəm, maaşı alım, krediti ödəyim"

Görürsünüz, düşmənlərim belə deyə bilmirlər ki, Tahir Kərimlinin biznesi, villası var...

“Uzun müddətdən sonra sabit əməkhaqqı almağa başlamışam. Deputat kimi maaş alıram, həm də təmsil etdiyim partiya da dövlət büdcəsindən maliyyələşir. Hazırda durumum qənaətbəxşdir. Oğlum da işləyir. Əvvəllər vəziyyət yaxşı deyildi. İndiyə qədər kimdənsə şəxsi nəsə xahiş etməmişəm. İki qardaşım var, yüksək vəzifələrdə çalışıblar, amma 1993-cü ildən işsizdirlər... Bacılarımın övladları da işləmirlər, biri ali təhsillidir, taksi fəaliyyəti ilə məşğuldur. Nə özümün, nə də yaxın qohumlarımın biznesi var. Əvvəla illərlə buna şərait olmayıb, sonra da... Ümumiyyətlə, belə şeylər mənə yaddır. Tanıyanlar bilirlər ki, milli azadlıq hərəkatına küçədən, çayxanadan gəlməmişdim. Hakim olmuşam, qazanmaq imkanlarım olub, amma könüllü imtina etmişəm ki, xalqımdan fərqlənməyim. Görürsünüz, düşmənlərim belə deyə bilmirlər ki, Tahir Kərimlinin biznesi, villası var...”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, sadə insanlar kimi əməkhaqqı alır, kredit ödəyir: “Hamı kimi gözləyirəm ki, maaşı alım, krediti ödəyim. Əlavə hər hansı gəlir mənbəyim yoxdur. Biznesimin olması ilə bağlı deyilənlər böhtandır. Bunu üzə çıxarsalar, dərhal istefa verəcəyəm. Hətta yaxın qohumlarıma məxsus hər hansı biznesi də aşkar etsələr, bu addımı atmağa hazıram. Söz verirəm... İnanmırlar, düşünürlər, deputatdır, Ali Məhkəmənin sədri olub, necə yəni biznesi yoxdur... Ali Məhkəmənin sədri olanda da, rüşvət almamışam. Əbülfəz Elçibəy mənə dedi ki, hətta sahə müvəkkili olsaydım belə, bilmirəm, hərəkata qoşulardımmı? Ölüm işi vardı, 1 milyon təklif edirdilər, imtina etdim. Bu, asan iş deyil. Baxmayaraq ki, kiminsə yerini dar eləmirəm... Görünür ki, paxıllıq hissi var ki, zaman-zaman belə iddialar səsləndirirlər. Əgər biznesim olsaydı, seçki vaxtı rəqiblərim dilinə gətirərdi”.

pia.az


Etiket: Tahir Kərimli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar