Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA rəsmisi: "Beynəlxalq yarışlar bu il keçirilməyə bilər"

FİFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq yarışların bərpa olunması məsələsinə münasibət bildirib...

PİA.az-ın məlumatına görə, ali futbol qurumunun rəsmisi həmin turnirlərin 2020-ci il ərzində baş tutmasına şübhə ilə yanaşır.

O, daxili çempionatların yekunlaşması üçün komandalara vaxt verilməsinin vacibliyini vurğulayıb. Həmçinin sərhədlərin nə zaman açılacağının da bilinmədiyini söyləyib: "Düşünürəm ki, daxili futbol prioritetdir. Sentyabr hələ plandadır, amma buna əmin deyiləm, çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədlərin keçilməsində problemlərin olması mümkündür. Futbol matçı üçün yaşıl işıq alsaq, onun azarkeşlərlə olacağına inanmıram. Sadəcə, bunu görmürəm. Düşünürəm ki, azarkeşlərlə oynamaq böyük risk olar. 2021-ci ilə qədər beynəlxalq oyunların keçirilməsinə şübhə edirəm".

Qeyd edək ki, dünyanın bütün beynəlxalq idman tədbirləri təxirə salınıb. Həmçinin AVRO-2020-nin də gələn il keçirilməsi qərara alınıb. (Apasport.az)

pia.az


Etiket: AVRO-2020 FİFA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar