Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koronavirus laboratoriyada yetişdirilib” - Deputatdan iddialı fikirlər

"Koronavirusun təbii yolla yayılmasına inanmıram"...

“Koronavirusun təbii yolla yayılmasına inanmıram. İnanıram ki, bu laboratoriyada süni şəkildə yetişdirilmiş, sonra da dünyaya yayılmış bir virusdur”.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, bunun arxasında dayanan da dünyanın ən güclü dövlətləridir: “Dünya düzənini həmin güclü dövlətlər müəyyən edir, bu və ya digər kiçik ölkələr, habelə regionlar isə onların düzənində yer alır. Azərbaycanın bu düzəndə harada duracağını demək çətindir, amma dünyanın düzəni qısa bir vaxtda dəyişmir, bunun üçün uzun zaman lazımdır. Əlbəttə buna cəhdlər var. Azərbaycan bu məsələlərdə çox ehtiyatlı olmalıdır. Hesab edirəm ki, yeni dünya düzəninin formalaşmasının Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyini, demək çətindir. Hər halda yeni düzəndə Rusiyanın da yeri olacaq. Amma bundan sonra Rusiyanın regionla bağlı siyasətinin dəyişəcəyinə inanmıram, bu nöqteyi-nəzərdən, yeni dünya düzəninin Dağlıq Qarabağ münaqişəsinə təsir edəcəyinə inanmaq sadəlövhlük olardı. Bununla belə, Azərbaycan müxalifət-iqtidar birliyi, iqtidar-xalq birliyi kontekstində Dağlıq Qarabağla bağlı konkret mövqeyə malikdir, ərazi bütövlüyümüzün toxunulmazlığı bizim üçün əsas prinsipdir. İndi qalır, dünya düzənində yer alan, bu düzəni qurmaq istəyən ölkələrin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə razılığını almaq və ya onları buna inandırmaq. Bu isə zamanla həll olunan məsələdir, Azərbaycan da bunun üçün çalışır”. (Teleqraf.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar