Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son hadisələrin iç üzü Trampın cümləsində gizlənmiş ola bilər...

Tramp Ərdoğanın ictimai rəyi nəzərə almalı olduğunu deyir və Süleymaniyə “şəhid” deməsinin üstündən keçir. Görəsən niyə? Tramp niyə Ərdoğanı Amerika mediasından qorumağa çalışır?..

Bulut Arslan

“Yeniçağ” qəzeti, Türkiyə, 9 yanvar 2020-ci il

İran “xüsusi qüvvələr komandiri” adlandırılan Qasım Süleymanini öldürən ABŞ-ın İraqdakı iki bazasına raket atıb, lakin bunu etməzdən əvvəl İraq hökümətinə məlumat verib. Ona görə də ABŞ tədbirini ala bildi. Bunu haradan başa düşə bilirik? Əvvəlcə Danimarka və Norveç Əyn əl-Əsəd hava bazasında olan əsgərlərinin zərər görmədiyini açıqlamasından, sonra isə CNN-ə açıqlama verən amerikalı nümayəndələrin: “Hücumlardan əvvəl sığınacaqlara gedilməsi üçün yetəri qədər vaxt oldu”, deməsindən sonra başa düşə bildik.

Həmçinin, başqa bir nümayəndənin Əyn əl-Əsəd hava bazasında Amerika əsgəri tapılmadığını deməsi da çox şeyi izah edir. Xamenei “ABŞ-ın üzünə şillə vurduq” deməyə davam edə bilər, hətta Sokullu Mehmet Paşanın Venesiya səfirinə dediyi: “Siz Lepantoda donanmamızı yandırmaqla saqqalımızı kəsdiniz. Amma biz Kipri almaqla sizin qolunuzu kəsdik. Kəsilən saqqal əvvəlkindən daha gur çıxar, amma kəsilən qol bir də yerinə gəlməz”, sözündən təsirlənib Ruhani də “ABŞ Süleymanini öldürərək İranın əlini kəsmiş ola bilər, amma İran bölgədə ABŞ-ın ayağını kəsərək buna cavab verəcək”, deyə bilər. Üstılik, xalqı da razı salmaq lazımdır, ən kritik məsələ də budur. 

Amerikanın Səsi xəbər verir ki, bir jurnalist Trampa: “Siz Süleymaniyə canavar deyirsiniz, dostunuz Ərdoğan isə “şəhid” deyir”, deyə sual verib. Tramp isə bu suala belə cavab verib:

“Hər kəsin öz fikri var. Bununla tamamilə razılaşmıram. Əsas ictimaiyyətin rəyini nəzərə almaqdır. Onun öz fikrincə bir səbəbi ola bilər. Belə dediyinə təəccübləndim. Amma olsun”.

Tramp Ərdoğanın ictimai rəyi nəzərə almalı olduğunu deyir və Süleymaniyə “şəhid” deməsinin üstündən keçir. Görəsən niyə? Tramp niyə Ərdoğanı Amerika mediasından qorumağa çalışır? Türkiyə-Amerika münasibətlərini, əslində, bu ifadələr yetərincə izah edir.

Üstəlik, Həsən Ruhani ilə apardığı telefon danışıqlarında Ərdoğanın İran Qüds Qüvvələri komandiri üçün “şəhid” dediyini iddia edən də İranın Ankara Səfirliyi idi. TRT World-ün xəbərinə görə, “yüksək səlahiyyətli bir türk nümayəndə” “şəhid” sözündən istifadə edildiyinin yalan olduğunu deyib, lakin rəsmi açıqlama verilməyib. Ərdoğan isə İranın bu hücuma qarşılıq verəcəyini deyib. ABŞ cəbhəsində isə uzun müddətdir səssizlik var.

Liviyaya əsgər göndərən Türkiyə və Rusiya prezidentləri – Ərdoğanla Putin Türk Axını təbii qaz boru xəttinin mərasimi üçün görüşüb. Putin bu görüşə Dəməşqdə Əsədlə görüşdükdən və Əməvi məscidini ziyarət etdikdən sonra gəlib. Yenə Türkiyə Liviyaya ilk əsgərlərini göndərərkən, Rusiya da Suriyadan 2 təyyarə ilə qarşı tərəfi dəstəkləmək üçün yeni əsgərlər göndərmişdi. Əslində, Türkiyədən və ya dünyanın hər hansı bir yerindən Dəməşqə gedən bütün müsəlmanlar Əməvi məscidində namaz qıla bilirdi. Yəni “Əməvi məscidində namaz qılmaq” üçün bu ölkəni vətəndaş müharibəsinə sürükləməyə ehtiyac yox idi. Lakin bölgə qarışdırılmalı idi ki, Suriyanın şimalı boşaldılsın və orada bir dövlət daha qurularkən Türkiyənin demoqrafik quruluşu dəyişdirilsin. AKP iqtidarının gördüyü iş budur.

Qeyd: Süleymaninin 15 iyul çevrilişində Türkiyəyə dəsətk verdiyini önə sürənlərlə yanaşı, onun erməni terrorçularla və PKK-lılarla ortaqlıq etdiyini iddia edənlər də var. Bu məsələ ilə bağlı ən dəqiq məlumat türk kəşfiyyatının əlində ola bilər. Süleymaninin erməni Melkonyanla olan şəkli isə saxtadır. Melkonyan 1993-cü ildə ölüb. Süleymani isə 27 il əvvəl gənc idi, amma şəkildəki şəxs Süleymaniyə bənzəyən ağ saçlı bir insandır. Süleymani, təbii ki, İranın maraqlarını qoruyurdu. Lakin əsas məsələ bu hadisələrin Türkiyəyə necə təsir edəcəyidir...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar