Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü “Salyan xanı” adlandıran sabiq icra başçısı toy edən iş adamlarından pul tələb edirmiş

Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuş (2011-2016-cı illərdə) Tahir Kərimovla bağlı maraqlı məlumat açıqlanıb...

Salyandan olan iş adamları bildirib ki, Tahir Kərimov bu rayonda icra başçısı işlədiyi vaxtı yerli sahibkarlardan biri onu övladının toy məarsiminə dəvət edib. Dəvətnamə Tahir Kərimova çatandan az sonra icra başçısının köməkçisi iş adamına zəng edərək, dəvətnamənin içərisinin niyə boş göndərilməsi barədə sual edib.

Sözügedən iş adamı deyir ki, Tahir Kərimovun köməkçisi ona zəng edib bu sualı verən zaman ilk anda bunun mahiyyətini anlamayıb.

"Ancaq sonra Salyandan olan başqa bir iş adamı dostum da mənə bildirdi ki, bizim kimi adamlar tərəfindən Tahir Kərimov toya dəvət edilən zaman dəvətnamənin içərisində mütləq pul göndərilməlidir. Əks təqdirdə Tahir Kərimov həmin toya qatılmayacaqdı. Hətta, o, pul göndərilmədiyinə görə toy keçirilən yerin işıqlarını söndürürdü. Bu onun adəti idi. Buna görə də biz məcburiyyətdən Tahir Kərimovu icra başçısı kimi toya mütləq dəvət edirdik. Özü də dəvətnamənin arasında mütləq pul göndərirdik..." - sahibkar əlavə edib.

Sözügedən ittihamlarla bağlı Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, zəngimizə cavab verən olmayıb. (Demokrat.az)

pia.az


Etiket: Tahir Kərimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar