Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan siyasətinə yeni nəsil gəlir? - Gənclərdə deputat olmaq həvəsi haradan yarandı?..

Yaxın illərdə siyasətin ümumilikdə, həm müxalifət, həm də iqtidar cəbhəsinin gəncləşməsi mümkündürmü?..

Politoloq: “Seçkilərdə daha çox gənc nəslin iştirak etmək marağı Azərbaycanda nəsil dəyişikliyinin baş verdiyi faktını tam çılpaqlığı ilə göstərir”.

“Gənc nəslin siyasətə həvəsinin meydana çıxmağını növbədənkənar seçkilərlə əlaqələndirmirəm. Mən gənc nəsildə meydana gələn bu həvəsi ölkədə olan vəziyyətlə əlaqələndirirəm”.

Bu sözləri siyasətçi Azər Qasımlı Azərbaycanda gənc nəslin siyasətə meylinin artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda 2005-ci ildən etibarən gənclər hərəkatları yaranmağa başladı. Bu zaman həm müxalifətyönlü, həm də iqtidar tərəfdarı olan gənclər hərəkatı xeyli aktiv idi. Müxalifyönlü hərəkatın nümayəndələri ilə iqtidaryönlü gənclərin arasında debatlar təşkil olunur, fikir mübadilələri aparılırdı.

Eyni zamanda bu hərəkatın üzvləri müxtəlif sosial layihələr həyata keçirib, aktiv siyasətlə də məşğul olurdular. Nümunə kimi “Dalğa”, “NİDA”, “İrəli” hərəkatlarını, həmçinin müxtəlif partiyaların daxilində təşkilatlanan gəncləri göstərə bilərik ki, bir zamanlar xeyli aktiv idilər.

Son illərdə isə ölkədə gənclər hərəkatı yox səviyyəsində idi. Bu istiqamətdə xeyli sönüklük var idi. Amma növbədənkənar seçkilərdə iştirak etmək həvəsinə düşən çoxlu sayda müxtəlif peşə sahibləri ortaya çıxıb. Maraqlı orasıdır ki, deputat olmaq həvəsinə düşənlərin böyük əksəriyyəti gənclərdir. Qeyd etgiyimiz kimi, son illər Azərbaycanda gənc nəslin siyasətə meyl etməsi elə də hiss olunmurdu. Lakin növbədənkənar seçkilər elan olunan kimi vəziyyət dəyişdi və gənc nəslin siyasətə ciddi həvəsli olduğu ortaya çıxdı.

Bu həvəsin birdən-birə meydana çıxması nəylə əlaqədardır və yaxın illərdə siyasətin ümumilikdə, həm müxalifət, həm də iqtidar cəbhəsinin gəncləşməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı siyasətçi Azər Qasımlı ilə müzakirə edib.

Azər Qasımlı: “Azərbaycan siyasəti yenilənir və simalar dəyişir. Bu dəyişimi də görməmək mümkün deyil”.

Artıq Azərbaycana nəsil dəyişikliyinin baş verməsini düşünən siysətçi əlavə edib ki, gələn seçkilərdə daha da çox Azərbaycan gənci, yeni nəslin nümayəndələri iştirak edəcək:

“Gənc nəslin siyasətə həvəsinin meydana çıxmağını növbədənkənar seçkilərlə əlaqələndirmirəm. Mən gənc nəsildə meydana gələn bu həvəsi ölkədə olan vəziyyətlə əlaqələndirirəm. Yəni o vəziyyətlə ki, artıq Azərbaycana nəsil dəyişikliyi baş verir. Növbədənkənar seçkilərlə bu qədər gənc namizədin olması da məhz buna dəlalət edir. Seçkilərdə daha çox gənc nəslin iştirak etmək marağı Azərbaycanda nəsil dəyişikliyinin baş verdiyi faktını tam çılpaqlığı ilə göstərir.

Azərbaycanda növbəti seçkilərin nə zaman olacağını bilmirəm. Yəni ölkədə istənilən zaman seçki keçirirlər. Buna görə də növbəti seçkilərin 2 ildən, ya 5 ildən sonra keçiriləcəyini bilmək olmur. Həm də ölkədə seçkilərin keçirilmə vaxtı hüququ deyil, siyasi sürəcdə olduğundan seçkinin nə vaxt keçiriləcəyinin vaxtı məlum deyil.

Düşünürəm ki, gələn seçkilərdə daha da çox Azərbaycan gənci, yeni nəslin nümayəndələri iştirak edəcək. Bir sözlə demək olar ki, Azərbaycan siyasəti yenilənir və simalar dəyişir. Bu dəyişimi də görməmək mümkün deyil. Növbədənkənar parlament seçkilərində də daha çox gənc nəslin iştirak etməsinin səbəbi budur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar