Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, gecə çıxıb nə edirdi ki?” – Məşhurlardan “Elina işi” ilə bağlı sərt sözlər

Xəbər verdiyimiz kimi, ötən gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib...

Hakim Azər Tağıyevin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib. Qərara əsasən S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.

Bu qərara isə bir çoxları etiraz edib. Onlar S. Abbasovaya daha ağır cəza verilməsini istəyiblər. Məsələyə şou-biznes nümayəndələri də səssiz qalmayıb. Onlar da bu qərarın ədalətsiz olduğunu qeyd ediblər.

Bununla bağlı tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) İnstaqramda paylaşım edib. Elina və sözügedən direktorun şəklini paylaşan Tolik qərarın ədalətsiz olduğunu deyib:

“Bu da ədalət! Bir şagirdin ölümü 18500 manat! Ondan 10000 manat Elinanın anasına veriləcək. Və bu "müdirə" axşam saat 23:00-dan saat 07:00-a kimi evdən bayıra çıxmayacaq. Gör ee... Guya bu, gecə çıxıb nə edirdi ki?  Ən böyük hakim Allahdır! Ədalət öz sözünü deyə bilmədi. Amma mən düşünürdüm, bu hadisədə hakimlər ədalətli olacaq. Çünki onların da övladları var, amma... Baxarsınız, Allah bu müdirəyə necə bəla verəcək: ya "rak" olacaq, ya da elə xəstəlik tutacaq ki, dərdinə çarə olmayacaq.

Müğənni Rəksanə İsmayılova da Tolikin paylaşımına şərh yazaraq "dəhşətdir bu. Söz yoxdur deməyə" sözlərini qeyd edib.

Həmçinin aparıcı Xoşqədəm Hidayətqızı da "dəhşət" yazaraq həmkarının paylaşımına şərh verib.

"Allah bəlasını versin. Amin", - deyə Tolikin paylaşımına şərh yazan Humay Muxtarovaya isə həmkarı İlham Mirzəyev cavab verib.

"Allah o hökmü verən hakimin bəlasını versin. Ədaləti hakimlər qorumalıdır. Budurmu ədalət?" - Deyə İ. Mirzəyev fikir bildirib.

Həmin paylaşıma şərh yazan izləyicilərdən bəziləri onları bu sözlərinə görə alqışlasalar da, tənqid edənlər də tapılıb. Bəzi istifadəçilər tanınmış şəxslərin qərardan əvvəl bu məsəldə aktif olaraq ədalətli hömk verilməsi üçün səy göstərməli olduğunu qeyd edərək onları qınayıb.

pia.az


Etiket: Elina məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar