Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: Mən Ronaldunu mərasim zalının kandarına yaxın buraxmaram

Ronaldu mükafatlandırılma mərasiminə qatılmamaqla düz etməyib...

Şəxsən bir futbol azarkeşi kimi onun Messinin qalib olduğu mükafatlandırma mərasiminə qatılmaması mənə çox pis təsir etdi. Onun etdiyi xudpəsəndlikdir.

Bunu Oxu.Az-a siyasətçi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

İki gün əvvəl İtaliyanın Milan şəhərində futbolda ilin ən yaxşıları açıqlanıb. FIFA tərəfindən milli komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında aparılmış sorğuya əsasən argentinalı Lionel Messi altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

II yeri UEFA tərəfindən Avropanın ən yaxşısı seçilmiş hollandiyalı mərkəz müdafiəçisi Vircil van Deyk, III pilləni isə əvvəl beş dəfə dünyanın ən yaxşısı olmuş portuqaliyalı Kriştianu Ronaldu tutub.

Hafiz Hacıyev Ronaldunun hərəkətlərini özündənrazılıq adlandırıb:

“Dünya dağılmayıb ki. Messi seçilib-seçilib də. Sən axı hansı haqla mərasimə qatılmırsan? Şəxsən mən təşkilatçıların yerində olsam, bir də onu mərasim zalının kandarına yaxın buraxmaram.

Səsvermədə də baxıram ki, Messi Ronalduya səs verib. Amma bu Ronaldu Messini heç üçüncü yerə də layiq görməyib. Bilirsiniz, sən yaxşı futbolçu ola bilərsən, sən ayağına hamını qatıb keçə bilərsən, amma adam olmaq lazımdır, adam”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar