Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəssam Əli İsmayıl Əliyevin “Naxışlı Azərbaycan” adlı sərgisi açılıb

Sərgidə rəssamın 90-a qədər əsəri nümayiş etdirilir...

Sentyabrın 24-də rəssam Əli İsmayıl Əliyevin “Naxışlı Azərbaycan” adlı sərgisi açılıb.

APA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda reallaşan sərgidə rəssamın yeni tabloları nümayiş olunub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək sərgiyə böyük maraq olduğunu bildirib: "Bu sərgidə Azərbaycan təbiətinin füsunkar mənzərələrini görəcəksiniz. Təəssüf ki, hazırda bizdə təbiət mənzərələrini çəkən rəssamlar çox azdır, Əli İsmayıl Əliyev bu baxımdan azsaylı rəssamlarımızdandır".

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev isə qeyd edib ki, incəsənətin növləri yaranandan onun daxilində daim ənənə ilə müasirliyin mübarizəsi yaşanıb: "Bu mübarizədən qalib çıxmış əsərlər dünya incəsənətinin tarixini bəzəməkdədir. Əli İsmayıl Əliyevin əsərlərinə baxanda biz ənənə ilə mübarizənin kökündə dayanan realizmə tapındığını görə bilərik. Əli tükənməz potensiala malik rəssamdır. Aşıq Ələsgər yurdunda göz açan rəssam əsərlərində həmin yurd, vətən həsrətini ifadə etməkdədir. Çox vaxt natürmortu üçüncü-dördüncü dərəcəli janr hesab edirlər. Amma Əli İmayıl Əliyevin əsərləri göstərir ki, natürmortla da ən ülvi hissləri ifadə etmək olar".

Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib. Sərgidə rəssamın 90-a qədər əsəri nümayiş etdirilir.

Qeyd edək ki, rəssamın yaradıcı işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpgidə, real və özünəməxsus janrdadır. Əli İsmayıl Əliyev qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır. Əsərləri bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar