Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat dərslərin sentyabrın 1-dən başlanmasını təklif etdi

Bu gündən etibarən artıq yeni dərs ili başladı...

Bəzi vətəndaşlar dərsin sentyabrın1-dən, bəziləri isə sentyabrın 15-dən başlamasının tərəfdarıdır.

Deputat Fazil Mustafa da bu məsələyə öz münasibətini bildirib. O qeyd edib ki, bu gecikmə şagirdlərin məktəbə adaptasiyasına mənfi təsir göstərir.

“Bu gün bir daha əmin oldum ki, biz azərbaycanlılar zamanın tələb etdiyi ağıllı qərarları bir neçə il gecikməklə aldığımıza görə, uduzmuşuq. Dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir. Qoy iyunun 15-dək davam etsin, ancaq buradan da əlavə 15 gün qazanmış olarıq. Onsuz da müəllimlərin hamısı avqustun sonlarından məktəbdə işə cəlb olunurlar.

Burada arqument axtarmağa da gərək yoxdur. Qarabağ savaşında məğlub olmuş, milyona yaxın qaçqını olan bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur. Hər il itirdiyimiz bu 15-16 gün üst-üstə yığılanda az vaxt etmir.

İllərdir xəbərdarlıq etdiyim cəhalət, xurafat dalğası bu ilin mənzərəsini seyr edən çoxlarını artıq rahatsız etməyə başlayıb. Cəhalətin də yeganə alternativi mümkün qədər çox vaxtın təhsilə sərf olunmasıdır. "Bilik günü" ifadəsi də bu vaxt dəyişiminə görə saxta görünür. Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır, biz bu cür vaxt itikiləri ilə dünya ilə ayaqlaşmada çətinlik çəkəcəyik.

Məktəblərdə Novruz bayramı tətilini də 3 gündən artıq etmək vaxt itkisidir. Bu eyni zamanda ali təhsil müəssisələrinə, kolleclərə də aiddir. Tam məsuliyyətimlə deyirəm, bu 15 gün gecikmə, ardınca da bir həftə adaptasiya ilə bağlı boşuna keçirilən vaxt təhsilin keyfiyyətinə də pis təsir göstərir.”(yeni sabah)

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar