Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya İrana qarşı sanksiyalar hazırlayır

Böyük Britaniya İrana qarşı sanksiyalar tətbiq edə bilər

Yerli KİV bildirir ki, Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant İran tərəfindən Britaniyanın “Stena Impero” gəmisinin saxlanmasına cavab olaraq bu gün rəsmi Tehrana qarşı İran aktivlərinin dondurulması da daxil olmaqla, bir sıra diplomatik və iqtisadi tədbirlərin tətbiq ediləcəyini elan edə bilər.

Məlumata əsasən, İranın bu hərəkətinə cavab olaraq britaniyalı nazirlər sanksiyaların tətbiqi üzrə plan hazırlayırlar. Bundan başqa, KİV-in yazdığına görə, Böyük Britaniya Avropa İttifaqı və BMT-ni 2016-cı ildə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasından sonra aradan qaldırılmış sanksiyaları bərpa etməyə çağıra bilər.

Qeyd edək ki, iyulun 20-də Birləşmiş Krallığın Nazirlər Kabineti üzvlərinin Fars körfəzində gərginliyin artması ilə əlaqədar növbəti müşavirəsi keçirilib. Nazirlər İran tərəfindən tankerin saxlanması ilə bağlı yaranmış vəziyyəti də müzakirə ediblər. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar