Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər

PİA.az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna onun bacısı Əminə Hacıyeva məlumat verib. Ə.Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığına görə gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə.Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C.Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə.Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

MİDA tenderlərində MTK-ların iştirak etməməsinə aydınlıq gətirib

Ən çox oxunanalar