Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cənab məmurlar, siz də ayılın…” 

Xalq artisti Afaq Bəşirqızından etiraz

Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.

Bu barədə danışan xalq artisti məmurlara çağırış da edib: “Sənətkarların qədri bilinməlidir. Xalq öz sənətkarını sevir, dəyərləndirir. Amma cənab məmurlar, siz də ayılın. Hər şeyi biz prezidentə deyə bilmirik. Vaxt olacaq and içəcəklər ki, siz o kresloda oturmusuz, heç kəs inanmayacaq. Amma sənətkar həmişə yaddaşlarda qalır”.

Xatırladaq ki, iki ay öncə, mart ayının əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi.

Görüşdə xalq artisti Afaq Bəşirqızı teatr və aktyorların maddi durumu ilə bağlı müraciət etmişdi. Bundan dərhal sonra prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatra və Dövlət Rus Dram Teatrına akademik statusu verildi.

Həmçinin prezidentin digər sərəncamı ilə bu il martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı.(Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar