Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadın icra başçısı səyyar görüş-qəbul keçirib

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Minbaşı kəndində keçirilib

Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, Görüşdə rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edirlər. Bu görüşlərdə əsas məqsəd yerlərdə ümumi vəziyyəti öyrənmək, mövcud olan problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görməkdən ibarətdir.

İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və bütün növ əmək pensiyalarının, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin ödənilməsi və qaz limitinin atırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

Sakinlərdən Vidadi Əliyev, Pirverdi Mahmudov, Şamil Əliyev və başqaları çıxış edərək su kanallarının və drenlərin lildən təmizlənməsini, qazın təzyiqinin qaldırılmasını, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə SİP kabelləşmənin sürətləndirilməsini, tut bağının salınmasına köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan məsələlərlə əlaqədar aidiyyatı müəssisələrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar