Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdiriləcək

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər. Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı Nazirlik tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb.

Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.

pia.az


Etiket: Əlil arabası

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar