Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkomanlar ölkəsi - İran İslam Respublikası...

Uyuşdurucu bazarında ilk sırada yer alan Tehran rejiminin qapalı fəaliyyəti

40 ildir din pərdəsi altında İran adlı ölkəni deyil, bütün Orta Doğuda “İslam İnqilabının ixracı” adı altında Tehran rejimi dini, digər yandan qaçaq silah və uyuşdurucu malların ticarəti siyasətini yürüdür. Belə bir ideologiyanın təməlinin tarixi kökü XI-XII yüzilliklərə kimi uzanır. Çünki ilk dəfə Həsən Sabbahın liderliyində qədim fars-hind ideologiyasının prinsipləri əsasında “qüdrətli ariya” doktrinası irəli sürülüb. Bu, indiki anlamda farsların “hər nə olursa olsun, ariya düzəni sami-arami etnologiyası üzərində hakim olmalıdır” konspeti deməkdir. Tarixdə adı “Ələmut şeyxləri hərəkatı” kimi bilinən bu anlam ötən yüzilin 50-ci illərində yenidən intişar tapdı və 1978-ci il 23 Bəhmən İnqilabı sayəsində minbir avantüraların yedəyində özünü təsdiq etdi. Onun adı “İran islam Respublikası”dır. Hansı ölkəyə bu konsepti ilə müdaxilə edə bilmirsə, orada “uyuşdurucu bazarı”nı düzənləməkdən çəkinmir.

Uyuşdurucu bazarında ilk sırada

Uluslararası uyuşdurucu malların ticarəti və istifadəsi üzrə araşdırmaçıların fikrincə, bu gün dünyada “narkotik maddələrin ticarət dövriyyəsi 1.3 trilyon dollar təşkil edir”. Bunca uyuşdurucunun hansı yollarla dünyanı ağuşuna alması məsələsində bütün gözlər məhz Tehran rejiminə dikilir. Araşdırmalarda bildirilir ki, 80 milyonluq toplumu olan İranda 8 milyon uyuşdurucu qəbul edənlər var. Onların yarıdan çoxu yeniyetmələr və gənclərdir. “Üçüncü dünya ölkələri” arasında uyuşdurucu maddələrin qəbulunda İran ilk sırada yer alır. Ölkənin idarə olunmasında “qapalı”lığa önəm verən rejimin az da olsa, bəlgələri ilə bunları isbatlayacaq etiraflarına baxaq.

Güney Azərbaycan Ərdəbil bölgəsinin “Əyalət Uyuşdurucu Mallarla Mücadilə” idarəsi koordinasiya şöbəsinin rəisi general Məhəmməd Əli Nüsrəti bildirib ki: “Uyuşdurucu maddələrdən asılılığın 50 faizinin səbəbi işsizlikdir. Bu bəlanın qarşısının alınması indiki məqamda çox çətindir”.

İran parlamenti “sosial məsələlər komissiyası” sədrinin müavini Məsud Rzayi qeyd edib ki: “Uyuşdurucu qəbul edənlərin çoxu yenidən işsizlər ordusuna qatılırlar. Bəluctan və Sistan əyalətlərində yoxsulluq və işsizlik gənclər arasında önəmli faktlardan biridir”.

İran Kooperativ, İş və Rifah” nazirinin müavini hələ 2015-ci ildə etiraf edib ki: “İşsizlik ucbatından gənclərin çoxu uyuşdurucu maddələrin əsirinə çevriliblər. Onların 60 faizi həyatda çıxılmazlıq durumu səbəbindən uyuşdurucu maddələrə aludə olurlar”.

2016-cı ilin yekun hesabatında bildirilir ki: “Ölkədə 22 milyon nəfər işləyən var. Onlardan 4 milyonu uyuşdurucu maddələrdən asılılıq xəstəliyinə malikdir. Bu statistik göstəricinin xaricində olan xəstələri müəyyənləşdirmək bir qədər çətin oldu”.

Türkmənlərin çoxluq təşkil etdikləri Gülüstan əyalətində 2018-ci ilin qeydlərinə görə bölgədə uyuşdurucu maddələrdən asılılıq artmışdır. Əyalətin “Uyuşdurucu Maddələrlə Mücadilə Koordinasiya Şurası”nın rəisi Mahmud Ruhani 2018-ci ilin martında bildirib ki: “Əhalinin yoxsulluq şəratində yaşaması, kütləvi işsizlik problemi ucbatından hər 100 nəfərdən 85-i uyuşdurucu maddələrin qəbulu üzrə xəstədir”. Bu siyahını bəlgələrlə daha da uzatmaq olar. Uyuşdurucu ticarəti ölkədə yaşam normasına çevrilməsinin başqa bir səbəbi Tehran molla rejiminin genetik qaydalardan doğması kimsəyə sirr deyil.

İraqla 1458, Əfqanıstanla 936, Türkmənistanla 992, Pakistanla 909, Türkiyə ilə 499, Azərbaycan Respublikası ilə 790 və Ermənistanla 35 km. sərhədləri var. Bundan əlavə, Körfəz Ölkələri qismində Oman, küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə 2440 km. su hövzəsi sərhəddi mövcuddur. Xəzər dənizi ilə su sərhədləri 740 km.dir. Belə bir sərhədlər coğrafiyası çərçivəsində Tehran rejiminin uyuşdurucu maddələrin dövriyyəsi üzrə manevr imkanları çox genişdir. Bu ölkə sadəcə neft-qaz, qızıl və digər yataqlardan çıxarılan sərvətin sayəsində deyil, daha çox uyuşdurucu malların satışında dünyada ilk sırada yer alır.

İranda uyuşdurucu maddələrin rəzaləti

Ölkə parlamentinin “sosial məsələlər komissiyası”nın açıqlamasına görə, uyuşdurucu maddələrdən əldə olunan gəlirlərin illik dövriyyəsi dövlət büdcəsinin tən yarısını təşkil edir. Parlamentin deputatlarından birinin də etiraf etdiyi kimi: “2017-ci ildə ölkənin sosial yaşam düzəni məsələsində uyuşdurucu maddələrdən əldə olunan gəlirlər iqtisadi gəlir baxımından daha üstün səviyyədədir. Uyuşdurucu maddələrin satışı və dövriyyəsindən əldə olunan gəlirlər digər iqtisadi sahələri çoxdan ötüb. Belə bir ticarətin önünü ala biləcək gücdə deyilik. Bu sektoru idarə edənlər dövlətin özündən qat-qat güclüdürlər”.

Dövlətin təhlükəsizliyi məsələsində uyuşdurucu maddələrin ticarəti və onun dövriyyəsi xüsusi xarakter daşıyır. Çünki, yaşamaq üçün insanlar molla rejiminin məmuru olmaq, ya da rejimə qarşı çıxan toplum uyuşdurucu maddələrin əsirinə çevrilməlidir, siyasəti üstün dövlət hədəfləri olaraq görülür. Bununla yanaşı, uyuşdurucu maddələrin xəstəsi qismində fars kökənli olmayan toplumları kütləvi şəkildə bu xəstəliyə bağlamaq hədəf kimi ortaya atılıbdır. Güney Azərbaycan, Xorasan-Türkmənsəhra, Bəlucstan, Xuzistan, Loristan və Kürdüstandakı sosial yaşam düzəninə baxdıqda uyuşdurucu ticarəti ilk sırada yer alır. Bu bölgələrdə uyuşdurucu maddələrin əsiri olanların sayı qat-qat çoxdur.

Üzdə qatı dindar və mühafizəkar dövlət imicini təbliğ edən Tehran molla rejiminin arxa baxçası heç də görünən kimi deyil. Ölkənin daxili işlər nazirliyinin etiraflarında yer alan faktlardan biri əsil etirafların açarı deməkdir: “İranda baş verən cinayətlərin 65-70 faizi uyuşdurucu maddələri satanlar və qəbul edənlər tərəfindən törədilir”.

İran parlamentinin “məhkəmə və hüquq komissiyası”nın üzvü Əli Bəxtiyar qeyd edib ki: “Ölkə məhkəmələrində aparılan cinayət işlərinin dosyalarının 90 faizi uyuşdurucu maddələrin satışı və qəbulu üzrədir. Bu rəqəmə görə hər bir hakimin ayda baxdığı 130 məhkəmə işi həm də ölkənin çox ciddi sorunlarının olduğunu ortaya qoyur. Həbsxanalar daha çox bu cinayətlərdə suçlu bilinən insanlarla doludur. Ölkə əhalisinin sosial tərkibi məsələsində bəlli olub ki, hər il 230 min nəfər uyuşdurucu maddələrin qəbulu və ticarətinə görə məhkəmə qərarı ilə həbsxanalara salınırlar”.

Dövlətin nəzarəti dışında uyuşdurucu malların ticarəti və dövriyyəsində yer alanların tutuqlanması heç də həmçin faciənin qarşısının alınması demək deyil. Çünki, onlar həbs olunan kimi, dərhal ictimai yerlərdə, xüsusilə iri meydanlarda hamının gözləri qarşısında edam olunurlar. Ölkənin prezindent idarəsinə bağlı “Uyuşdurucu Maddələrlə Qarşı Mücadilədə Xalqın Qatılımı” idarəsinin rəisi Seyidhəsən Musəvinin açıqlamasında görə: “İranda ailədaxili baş verən cinayətlərin 60 faizi uyuşdurucu maddə qəbul edənlərin sayəsində baş verir”.
İranın daxili işlər naziri Əbdürza Rəhmani Fazilinin etirafına görə ölkədə boşanmaların 50 faizi məhz uyuşdurucu maddələrdən asılılığa görə baş verir.

Uyuşdurucu maddələrin qəbuluna görə qadınlar 10 faiz təşkil edirlər. Qadınlara qarşı şiddətin əsil səbəblərindən biri də uyuşdurucu maddələrin qəbulu ilə birbaşa bağlıdır. İşgəncəyə məruz qalan və ömürlük əlil qalan qadınların 78 faizi uyuşdurucu maddə qəbul edənlərin sayəsində baş verir.
İranda insan haqlarının qorunması üzrə araşdırmaçıların fikrincə ölkədə uyuşdurucu maddələrin qəbulu üzrə son illərdə gənc qızların sayı daha çox artıb. Onların arasında universitet tələbələri üstünlük təşkil edir.

Tələbələr arasında uyuşdurucu maddələrin qəbul edilməsinin sayının artması həm də sosial problemlərlə bağlıdır. Belə ki, onlar ali təhsili bitirdikdən sonra, heç yerdə iş tapa bilmirlər. Bu da öz növbəsində gənlərin xəyal qırıqlığına və ölkəyə olan inamının itməsinə səbəb olur. Gənclər arasında kütləvi işsizlik problemi faktiki olaraq, ölkədə rejimin dəyişməsi ideyasının güclənməsinə səbəb olan amillərdən birinə çevrilibdir. Ona görə də, gəncliyi inqilabi baxışlardan uzaq tutmaq üçün rejim uyuşdurucu maddələrin qəbulu məsələsində dolayı yolla həmin siyasəti yürüdür. Beləliklə də mümkün qədər rejimin uzanmasına çalışılır.

Sərhədlərdə əsgərlər ya ölür, ya da qaçaq ticarətdə yer alırlar

Özünü islam dünyasının “Altun Hilalı” olaraq görən İran molla rejimi Birma, Tailand, Laos, Vyetnam, Pakistan, Əfqanıstandan tutmuş dünyanın dörd bir bucağında sadəcə təbii sərvətləri olan neft-qaz, qızıl, molibden, mis və digər xammalları satmır. Onlardan daha çox gəlir gətirən bir sahə kimi uyuşdurucu malların dövriyyəsindən qat-qat artıq qazanır. UNODC (Uluslararası Cinayət və Uyuşdurucu Maddələrlə Mübarizə Mərkəzi) təşkilatının 2016-cı il hesabatında yer alan faktlara görə, ən bahalı uyuşdurucu sayılan heroinin istehsalı 10 faiz artmışdır. Bu da təqribən 201 min hektar ərazi deməkdir.

Heroin xam maddə kimi Əfqanıstanla 945 km. sərhəddi olan İran bəzən “etiraf” edir ki, bu həcmdə zolağı qorumaq iqtidarında deyil. Ancaq, o da bəllidir ki, Güney Qafqaza, Orta Asiyaya, Rusiyaya Avropaya və digər ölkələrə Pakistan və Əfqanıstandan daşınan uyuşdurucu maddələr İran üzərindən gerçəkləşdirilir. Əfqanıstanla sınır bölgəsində isə İranın ikili uyuşşdurucu tranziti mövcuddur.

1. Dövlətə birbaşa bağlı olan struktur,
2. Mafiyanın nəzarətində olan şəbəkələr.

İran ordusunun xüsusi hərbi birləşmələri mafiya ilə daim üz-üzə çatışmaqdadır. Bu silahlı eyləmlərdə son illərdə 3 min 700 əsgər mafiya tərəfindən öldürülüb, 12 mindən çox sıravi hərbçi isə ağır yaralanıbdır. “İran İslam İnqilabı Keşikçiləri Ordusu”nun da etiraf etdiyi kimi, son illərdə uyuşdurucu maddəlaərin ticarəti və qəbuluna qarşı çoxlu qanunlar qəbul edilsə də, hər ötən ildə bu sahə daha çox inkişaf etməkdədir. Ölkədə bu sektorda ticarət edən qruplaşmaların sayı 20 mindən 30 minə kimi artıbdır. İranın üzdə bu sahəyə qarşı apardığı mücadiləni üzdə hər kəs təqdir etsə də, gizli şəkildə inanmın olmadığı üzə çıxır.

Qonşu ölkələr qismində Türkiyə, Azərbaycan Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt, Bəhreyn İrandan daşınan uyuşdurucu maddələrə qarşı nə qədər mücadilə aparsalar da, Tehran rejimi bu hədəflərindən bir gün də olsa belə, geri çəkilməmişdir. İrana qarşı bu sahədə səsini çıxarmayan, ifrat dərəcədə antitürk siyasəti ilə tanınan Orta Asiyada Tacikstan və Qafqazda Ermənistandır. Tehrandakı dostlarımız bildirirlər ki, bu şəhərdə istənilən an uyuşdurucu maddə almaq üçün ən azından “beş dəqiqə” vaxtını itirməlisən.

Araşdırmaçıların fikrincə İran molla rejiminin uyuşdurucu maddələrdən əldə etdiyi gəlirin böyük qismi “teoloji ideologiyanın eksportu”na xərclənir. Buna “İran islam İnqilabının İxracı” deyilir. Çünki, qədim fars ideoloji konseptinə görə, “xalqlar ya farslaşmalı, yəni assimliasiya olunmalı, ya da uyuşdurucu xəstəliyinə mübtəla olmalıdırlar”. Ona görə də İran xarici işlər nazirliyinin “Qafqaz və Orta Asiya” üzrə strateji araşdırma dərgisi olan “Risalət”in 1992-ci il 3-cü sayında belə yazılırdı: “Biz Azərbaycan Respublikasını ya mollaxanaya, ya da uyuşdurucu maddələri qəbul etmiş ağır xəstəyə çevirməliyik”.(hurriyyet.org)

pia.az


Etiket: Narkoman İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar