Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda ermənilər rusiyalı gənclərə inqilab etməyi öyrədirlər - Video

Rusiyanın “Pervıy kanal” telekanalında Yerevanda baş tutmuş bir seminardan reportaj nümayiş etdirilib. Həmin seminarda Nikol Paşinyanın inqilabının əsas fiqurları Rusiyadan gəlmiş gənclərə dövlət çevrilişlərinin necə edildiyini öyrədiblər

Təşkilatçılar tədbirin gizli keçirilməsini nə qədər arzu etsələr də, “Russia Today” telekanalının apardığı gizli çəkiliş onların planlarını pozub. Rusiyalı jurnalistlər aydınlaşdırıblar ki, Ermənistanda bu cür tədbirlərin keçirilməsi üçün pul ABŞ tərəfindən ayrılır.

“Foruma Peterburqdan küçə fəalları, Ermənistan çevrilişinin “ulduzları” dəvət olunub, - “Pervıy kanal”ın reportajında deyilir. – Tam dörd gün onlara etiraz mexanikası və bu işə adam cəlb etməyin yolları öyrədilib. İştirakçılardan sosial şəbəkələrdə məşğələlərin təfərrüatlarının dərc edilməməsi xahiş olunub ki, “buraya əlində telekameralar olan rusiyalılar daxil olmasınlar”. Lakin məhz seminara daxil olmağa müyəssər olmuş rusiyalı jurnalistlər burada baş verənləri lentə alıblar. Ən kədərli olan isə odur ki, buraya toplaşanlar heç də etirazçı rusiyalı gənclər deyil, adi biganə şəxslərdir.

Seminarları Praqa Vətəndaş Mərkəzi keçirir. Onlar “Amerikanın əleyhdarlarına sanksiyalar vasitəsilə qarşılıq verilməsi haqqında” qanuna müvafiq olaraq, ABŞ Konqresi tərəfindən maliyyələşdirilirlər. Və Praqa Vətəndaş Mərkəzi kimi təşkilatlar az deyil”.

Süjetdə vurğulanır ki, amerikalılar Ukrayna və Venesuelada da təxminən bu sxem üzrə çevrilişlər hazırlayıblar.(virtualaz.org)

pia.az


Etiket: İnqilab

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar