Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Paşinyan anlayır ki, güzəştlərə getmək vacibdir"

"Biz indi Milli Məclisdə müzakirə apardığımız bir vaxtda Ermənistan parlamenti də bu ölkənin düşdüyü iqtisadi fəlakətdən xilas olmağı müzakirə edir. Onlar özlərinin 5 illik proqramına “iqtisadi inqilab” adını veriblər"

Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu proqrama əsasən, ildə Ermənistan iqtisadiyyatında 5 faiz artım baş verməlidir: “Ancaq iş ondadır ki, Ermənistan mediası bu proqramı tənqid edir. Özləri qeyd edirlər ki, hansı resursla, maliyyə və investisiya ilə iqtisadi inqilab etmək mümkündür? Ermənilər açıq qeyd edirlər ki, yaranan vəziyyət Azərbaycanın bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi və nəqliyyat blokadasının təsirindən yaranıb. Belə olduğu təqdirdə fikirlər səsləndirilir ki, Qarabağ danışıqları ətrafında yeni situasiya yaranıb. Aydındır ki, Paşinyan 5 illik iqtisadi inqilabi dəyişikliyə nail olmaq üçün Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks təqdirdə bu proqramı yerinə yetirmək mümkün deyil”.

Deputat bildirib ki, erməni mediası bu reallığı anladığı üçün Nikol Paşinyanın ölkə daxilində "əcinə ovu"na çıxdığını yazır: “Məhz bu səbəbdən də Köçəriyanın həbs müddəti yenidən 2 ay müddətinə uzadılıb. Sərkisyan isə istintaqa dəvət edilib və ehtimal olunur ki, martda həbs oluna bilər. Fikrimcə, bütün bunlar Paşinyanın manevrləridir və o, Qarabağ klanının sonuna çıxmaq istəyir. Paşinyan anlayır ki, danışıqlarda güzəştlərə getmək vacibdir. Bu mənada Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmağən zamanı çatdığını zənn edir”.(teleqraf.com)

pia.az


Etiket: Elman Nəsirov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar