Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zimbabvedə etirazlar böyüdü, prezident Mnanqaqva xarici səfərini yarımçıq qoydu

Afrika ölkəsi Zimbabvedə hökumət əleyhinə etirazların böyüməsi prezident Emmerson Mnanqaqvanı xarici səfərini yarımçıq qoymağa məcbur edib

Xarici KİV-lər xəbər verir ki, Azərbaycandan sonra Qazaxıstana səfər edən Mnanqaqva oradan ölkəsinə dönməyi qərara alıb. Mnanqaqva Qazaxıstana səfərinin ardınca Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa getməliydi.

Zimbabvedə etirazlar Mnanqaqvanın ölkəni tərk etməsinin ardınca, hökumətin yanacağın qiymətini kəskin artırmasına görə başlamışdı. Emmerson Mnanqaqva Rusiya, Belarus, AzərbaycanQazaxıstana səfərlərindən əvvəl benzinin qiymətini 200 faiz artırıb və hazırda Zimbabvedə benzinin 1 litri 3.4 ABŞ dollarına yaxındır. Bu, dünyada ən bahalı benzindir.

Onsuz da aclıq çəkən və illik on minlərlə faiz inflyasiya ilə üzləşən əhali yanacağın qiymətinin artırılmasına etiraz olaraq küçələrə çıxıb və günlərdir Zimbabvedə etrazlar səngimir. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı silah işlədib və son xəbərlərə görə artıq 9 nəfər güllələnib, onlarla nümayişçi yaralanıb. Öldürülənlərdən biri də paytaxt Hararedə kiçik futbol komandasında oynayan gənc futbolçu olub və onun cəsədinin fotolarının sosial şəbəkələrdə yayılmasından sonra etirazlar daha da güclənib.

Etirazların böyüməsindən sonra Mnanqaqva geri dönməyi qərara alıb və özünün Tvitter bloqunda bu barədə yazıb. “Mən bir həftə ərzində investisiya-ticarət əlaqələrinə dair məhsuldar görüşlər keçirəndən sora evə qayıdıram. Bizim ölkəmizi Davosda kompetent şəkildə maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birinci dərəcəli vəzifə budur ki, Zimbabveyə sakitlik, sabitlik və iş qabiliyyəti geri qayıtsın”-o bildirib.

Zimbabveə KİV-ləri xəbər verirdi ki, Mnanqaqva xarici səfərləri üçün Honkonq şirkətindən “Boeing 787” VİP-təyyarəsini icarəyə götürüb və təyyarənin bir saatlıq uçuşu 74 min dollara başa gəlir. (virtualaz.org)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Ən çox oxunanalar