Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda Azərbaycanın tərəfdaşı olduğu yeni terminalın inşası ilə bağlı müqavilə imzalanıb

Gürcüstanın Batumi limanında mineral gübrələr üçün terminalın inşa olunması ilə bağlı müqavilə imzalanıb

Pia.az “Report”un Gürcüstan bürosuna xəbər verir ki, sənədə əsasən, ABŞ-ın "Trammo" korporasiyası “Wondernet Express Investment Group” şirkəti ilə birgə terminalın tikintisinə 20 mln. dollar investisiya yatıracaq.

İmzalanma mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia və Acarıstan MR-nın hökumət üzvləri iştirak ediblər.

G.Kobulia müqaviləni əhəmiyyətli adlandırıb: “Yeni terminalın inşası Mərkəzi Asiyadan olan yüklərin artmasına, Gürcüstanın dəmir yollarına yeni yüklərin cəlb olunmasına və yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.

Nazir terminalın regional əhəmiyyətini qeyd edərək, layihənin Acarıstan və ümumilikdə, Gürcüstan iqtisadiyyatının artmasına töhfə verəcəyini bildirib.

Layihəyə əsasən, Mərkəzi Asiyaölkələri, Azərbaycan və Gürcüstan arasında Qara dəniz limanı vasitəsilə loqistika dəhlizinin yaradılması nəzərdə tutulub.

“Wondernet Express Investment Group” şirkəti layihə üzrə əsas tərəfdaşlar olan “Gürcüstan dəmir yolları” SC, Batumi limanı, “Azərbaycan dəmir yolları” QSC və Bakı limanı ilə artıq sazişlər imzalayıb.

Batumi limanında inşa olunacaq yeni multimodal terminal müasir avadanlıqlarla təchiz olunacaq, anbar obyektləri 60 min ton mineral gübrənin saxlanılması üçün nəzərdə tutulacaq. İnşasına bu ilin yazında başlanılması planlaşdırılan terminal ildə 1,2 mln. tona qədər mineral gübrə emal etmək gücünə malik olacaq.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar