Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka qaydalarında edilən dəyişiklik nəyi dəyişəcək?

Bank üzrə ekspert: “Bizim qanunvericilik banklara münasibətdə sərt idi. Məhz bu yanaşma aradan qaldırılıb”

“Ümumən xarici təcrübəyə əsasən borclu tərəfindən öhdəliyinin pozulması kredit müqaviləsinə xitam və ipotekaya tutma yönəldilməsi üçün əsasdır”.

Bu fikirləri bank üzrə ekspert Əkrəm Həsənov “İpoteka haqqında” Qanuna edilən dəyişiklikləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda “İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Qanuna edilən dəyişikliklər indiyədək bu sahədəki boşluqları və qeyri-müəyyənlikləri aradan qaldırmaqla yanaşı, borclulara qarşı daha sərt tələblər gətirir.

Qanuna əsas dəyişikliklərdən biri ipoteka predmetinin, yəni girovun satışa çıxarılması səbəbi ilə bağlıdır. İndiyədək girov yalnız o zaman satışa çıxarılırdı (qanunda bu məsələ «ipoteka predmetinə tutmanın yönəldilməsi» kimi qeyd edilir) ki, kreditin əsas hissəsi ödənilməsin. İndi isə bu məsələ sərtləşdirilib. Bundan sonra həm də ödənişin vaxtının 90 gün gecikdirilməsi də girovun satışına əsas olacaq.

Ən maraqlı yeniliklərdən biri odur ki, kreditin qaytara bilməyən girovun sahibinə imkan veriləcək ki, əmlakını özü satsın. Yəni borclunun arzusu olarsa, bankın iştirakı olmadan əmlakını satıb, kreditin bağlaya bilər. Bunun üçün tərəflər arasında üç tərəfli müqavilə bağlanılır və satılan əmlakın pulu banka köçürülür, kredit məbləği və digər xərclər çıxılır, qalan hissə əmlakın sahibinə qaytarılır.

Ən mühüm yeniliklərdən biri tutmanın girovu yönəldilməsi ilə bağlı müştərinin xəbərdar edilməsi ilə bağlıdır. İndiyədək mövcud olan qaydalara görə, müştəri bu vəziyyətdən yalnız o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın. İndi isə bank bu barədə məlumatı həm müştəriyə, həm də ipoteka müqaviləsində adı keçən digər şəxsə sifarişli poçtla və elektron poçtla (emaillə) yollayacaq. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Başqa sözlə, kreditin ödəməyən borclunu tapmaq problemi artıq həllini tapmış sayılır.(fed.az)

Qanuna olunan bütün dəyişiklikləri nəzərə alarsaq, yeni qaydaları necə dəyərləndirmək olar? Xüsusən ödənişin vaxtının 90 gün gecikdirilməsi girovun satışına əsas olması bankların müştərilərinə qarşı daha aqressiv davranmasına səbəb ola bilərmi və yeni dəyişikliklər problemli kreditləri azaldacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.

Əkrəm Həsənov: “Problemli kreditlərin mütləq əksəriyyətinin gecikmə müddəti 90 gündən xeyli çoxdur”.

“İpoteka haqqında” Qanuna edilən dəyişikliklərə münasibət bildirən bank üzrə ekspert bildirib ki, onsuz da problemli kreditlərin mütləq əksəriyyətinin gecikmə müddəti 90 gündən xeyli çoxdur. Buna görə də təcrübədə elə də ciddi dəyişikliklər olmayacaq:

“Ümumən xarici təcrübəyə əsasən borclu tərəfindən öhdəliyinin pozulması kredit müqaviləsinə xitam və ipotekaya tutma yönəldilməsi üçün əsasdır. Bizim qanunvericilik bu məsələdə banklara münasibətdə sərt idi. Bu dəyişiklikərdən sonra bu yanaşma aradan qaldırılıb.

Hər bir halda onsuz da problemli kreditlərin mütləq əksəriyyətinin gecikmə müddəti 90 gündən xeyli çoxdur. Buna görə də təcrübədə elə də ciddi dəyişikliklər olmayacaq. Bu dəyişikliklərin mövcud problemli kreditlərin həllinə təsir edə biləcəyini də düşünmürəm. Sadəcə banklar girovları satmaq üçün daha geniş miqyasda çalışacaqlar”.

Nərminə UMUDLU

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar