Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “kölgə iqtisadiyyat”ın inkişafına stimul verən səbəb nədir? - Müsahibə

Dünya Bankı Azərbaycanda “kölgə iqtisadiyyat” 60%-dən artıqdır deyir, Dövlət Statistika Komitəsi isə “kölgə iqtisadiyyat”ın 7-8% olduğundan əmindir. Kimdir haqlı?

Deputat: “Azərbaycanda “kölgə iqtisadiyyat”ının böyük bir hissəsi məmur sahibkarlığından və məmur himayədarlığından qaynaqlanır”.

Azərbaycanda “kölgə iqtisadiyyat”ın ÜDM-nın 67 faiz olması dəqiq olmaya bilər. Yəni bu rəqəm bir qədər aşağı ola bilər. Lakin heç kimə sirr deyil ki, Azərbaycanda “kölgə iqtisadiyyat”ının həcmi kifayət qədər böyükdür”.

Bu fikirləri Azərbaycanda “kölgə iqtisadiyyat”ın inkişafını PİA.az-a şərh edərkən tanınmış iqtisadçı ekspert, depuatat Əli Məsimli bildirib.

Son zamanlar Azərbaycanda “kölgə iqtisadiyyat”ın geniş şəkildə inkişafı barədə ekspertlər həyacan təbili çalmaqdadırlar. Hətta vəziyyət o səviyyədədir ki, Dünya Bankının statistik rəqəmlərində Azərbaycanda “kölgə iqtisadiyyat” 60%-dən artıq göstərilir. Qəribədir ki, Dövlət Statistika Komitəsinin rəqəmlərində Azərbaycanda “kölgə iqtisadiyyat” 7-8% təşkil edir. Dünya Bankı ilə Dövlət Statistika Komitəsinin göstəriciləri arasında bu qədər fərqin olması da belə bir təəssurat yaradır ki, Azərbaycanda kimlərsə “kölgə iqtisadiyyat”ı ilə mübarizənin sərtləşdirilməsində maraqlı deyil...

Əli Məsimli: “Vergi yükünün ağır olması ilə yanaşı, məmur biznesi, məmur himayəçiliyi, məmur özbaşınalıqları, bürokratik əngəllər, sahibkarlardan vergidən əlavə digər ödənişlərin tələb edilməsi kölgə iqtisadiyyatının dairəsini artıran amillərdir”.

PİA.az-ın əməkdaşı Azərbaycanda “kölgə iqtisadiyyat”ın miqyası və mövcudluq səbələri ilə bağlı tanınmış iqtisadçı, deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli ilə müzakirə edib. Deputat Əli Məsimli ilə Azərbaycanda kölgə iqtisadiyyatla bağlı müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Əli müəllim, bir çox iqtisadçı ekspertlər hesab edirlər ki, ölkədə böyük həcmdə “kölgə iqtisadiyyat”ı mövcuddur. Sizcə, Vergilər Nazirliyinin bu sahədə rolu nədən ibarətdir?

- “Kölgə iqtisadiyyat”ı - dövlət və cəmiyyətdən gizlədilən, dövlət nəzarəti və uçotundan kənarda olan iqtisadi fəaliyyət növlərinin məcmusudur. Heç kim üçün sirr deyil ki, Azərbaycanda böyük həcmdə “kölgə iqtisadiyyatı” mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, kölgə iqtisadiyyatının həcmi və onun istifadə dairəsi ÜDM-in 15%-ni keçdikdə iqtisadiyyata dağıdıcı təsir göstərməyə başlayır.

“Kölgə iqtisadiyyat”nın elementləri çox mürəkkəb və bir-birinə qarışmış vəziyyətdə olduğundan, onun təsnifatı daha çox “boz” və “qara” iqtisadiyyat terminləri altında şərti xarakter daşıyır. Bu baxımdan kölgə iqtisadiyyatını daha çox 3 böyük bloka bölürlər:

Birincisi, qeyri-rəsmi iqtisadiyyat. Bura iqtisadi fəaliyyətin icazə verilmiş, lakin vergitutmadan gizlətmək üçün rəsmi statistikada nəzərə alınmayan fəaliyyət növləri daxildir.

İkincisi,fiktiv iqtisadiyyat. Buraya iqtisadi fəaliyyətin nəticələrinin şişirdilməsi, dövlət əmlakının və diğər vəsatlərinin oğurlanması,talan edilməsi, iqtisadiyyatın istehsal, maliyyə və sosial sferalarında spekulyativ əməliyyatlar,rüşvət,bir sözlə əlbir şəxslər arasında pul ədə etmək və digərinə ötürmək məqsədi ilə törədilən bütün fırıldaqlar aiddir.

Üçüncüsü, gizli iqtisadiyyat. Bura narkotik maddələr istehsalı və satşışı, qanunsua silah istehsalı və satışı,insan alveri və sair bu kimi qanunla qadağan edilmiş iqtisadi və digər fəaliyyət növləri aiddir.

Bununla belə praktikada “kölgə iqtisadiyyat”ı daha çox vergi, sosial təminat və dövlət qurumlarının uçotundan kənarda olan digər iqtisadi fəaliyyət növləri kimi göstərilir. Gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq mahiyyət etibarı ilə kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur. Bu baxımdan “kölgə iqtisadiyyat”ı birbaşa büdcə daxilolmalarına təsir göstərir yəni büdcə daxilolmaları xeyli azalır. Vergilər Nazirliyinin bu sahədə rolu da burdan qaynaqlanır.

Ölkəmizdə “kölgə iqtisadiyyat”ı problemləri ilə birbaşa məşğul olan güc strukturları ilə yanaşı Vergilər Nazirliyi və onların yerli orqanları da müvafiq istiqamətdə iş aparırlar. Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər nazirinin çıxışında “kölgə iqtisadiyyat”ının əhatə dairəsinin daraldılması, leqallaşma və hesabatlılığının artırılması kimi məsələlət ön plana çəkildi.

Vergilər naziri vergi siyasəti və vergi qanunvericiliyi sahəsində gözlənilən dəyişikliklərlə bağlı bildirib ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyəti qurumlarla birlikdə çalışaraq, “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirlər və bir sıra digər islahatlarla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Bu yaxınlarda Milli Məclisdə 2019-cu ilin büdcə paketinin müzakirələri başlayacaq və büdcə ilə yanaşı,həmin paketə daxil olan digər sənədlər, o cümlədən “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirlər və bir sıra digər islahatlarla bağlı təkliflərə də baxılacaqdır.

Əli Məsimli: ““Kölgə iqtisadiyyat”ının inkişafının dövlət üçün ən təhlükəli mərhələsi isə onun rəsmi strukturlarla əlaqəsinin institutlaşma səviyyəsinə çatmasıdır”.

-Hansı səbəbdən kölgə iqtisadiyyatı Azərbaycanda durmadan artır?

- “Kölgə iqtisadiyyat”ının inkişafına müxtəlif səpgili çoxsaylı amillər təsir edir. Onların arasında iqtisadi, siyasi, ictimai, hüquqi, sosial-mədəni, antropoloji amillər daha çox təsir gücünə malikdir. İqtisadi amillər arasında isə daha çox yüksək vergilər, maliyyə sistemindəki xaotik durumun bütövlükdə iqtisadiyyata mənfi təsiri, qeydiyyatdan keçməmiş iqtisadi strukturların fəaliyyəti daha böyük təsir gücünə malıkdir.

Sözügedən sahədə aparılan təhqiqatlar göstərir ki, vergi yükünün ağır olması ilə yanaşı, məmur biznesi, məmur himayəçiliyi, məmur özbaşınalıqları, bürokratik əngəllər, sahibkarlardan vergidən əlavə digər ödənişlərin tələb edilməsi və sair bu kimi amillər də kölgə iqtisadiyyatının dairəsini artıran amillərdir. Ümumi daxili məhsulun qeyri-bərabər bölünməsi də “kölgə iqtisadiyyat”ının miqyaslarını artırır.

Əhalinin xeyli hissəsinin aşağı səviyyədə yaşaması iqtisadi fəaliyyətin gizli növlərinin inkişafına gətirib çıxarır. İşsizlik səviyyəsi yüksək olanda əhalinin bir hissəsinin istənilən yollarla hansısa bir şəkildə gəlir əldə etməsinə meylliyi artır. Qanunvericilikdəki çatışmazlıqlar və ondan da daha çox isə mövcud qanunların lazımı səviyyədə işləməməsi, aidiyyatı orqanların qeyri-qanuni və cinayətkar əməllərinin qarşısını almaq üçün fəaliyyətinin yetərli səviyyədə olmaması, iqtisadi cinayətkarlıqla mübarizədə koordinasiya mexanizminin səmərəli qurulmaması və sair bu kimi amillər də kölgə iqtisadiyyatının inkişafına təsir edir.

“Kölgə iqtisadiyyat”ının inkişafının dövlət üçün ən təhlükəli mərhələsi isə onun rəsmi strukturlarla əlaqəsinin institutlaşma səviyyəsinə çatmasıdır. Dövlət strukturlarında bu işə bulaşanların ucbatından rəsmi strukturlarda korrupsiya halları artır və bu isə hakimiyyət strukturlarının həmin hissələrinin kriminallaşmasına gətirib çıxarır.

- Dünya Bankının statistik rəqəmlərində Azərbaycanda “kölgə iqtisadiyyat” 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir. Statistika komitəsi bu göstəriciləri hansı amillərə əsasən müəyyənləşdirir və Dünya Bankı ilə Dövlət Statistika Komitəsinin göstəriciləri arasında bu qədər böyük fərq necə meydana çıxır?

- Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə də “kölgə iqtisadiyyat”ı var və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına görə, “kölgə iqtisadiyyat”ının həcminə görə MDB dövlətlərində orta göstərici 39%, Şərqi Avropa ölkələrində 23%-dir.

Azərbaycanda kölgə iqtisadiyytaının miqyasları barədə Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri ilə ekspertlərin və bir sıra beynəlxalq qurumların hesablamalrının nəticələri bir-birindən kəskin surətdə fərqlənir.

Belə ki, Dövlət Statistika Komitəsi Azərbaycanda müşahidə olunmayan iqtisadiyytaın həcmi kölgə iqtisadiyytaının son 3 ildə ölkənin ÜDM-nin 9 faizi, kölgə iqtisadiyytı isə 2,4 faiz səviyyəsindədir.

Təbii ki, Azərbaycan üçün bu rəqəm reallıqdan çox uzaqdır.Çünki təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, uzun illərin mübarizəsindən sonra kölgə iqtisadiyyatını minimuma endirə bilən ən uğurlu ölkələrin göstəriciləri belə 8-10 faiz ətrafında, yəni Dövlət Statistika Komitəsinin Azərbaycan üçün elan etdiyi göstəricidən 3-4 dəfə yüksəkdir.

Əli Məsimli: “Dünya Bankı ilə Dövlət Statistika Komitəsinin göstəriciləri arasında bu qədər böyük fərq daha çox yanaşma metodikası ilə bağlıdır”

Dünya Bankı Azərbaycanda “kölgə iqtisadiyyat”ının ÜDM-in 60 ətrafında, BVF 53 faiz olduğunu bildirir. 2016-cı il üzrə dünyada “gizli iqtisadiyyatın” həcminə dair beynəlxalq hesabatda isə göstərilib ki, Azərbaycanda “gizli iqtisadiyyatın” həcmi 2016-cı ildə ÜDM-in 67%-ni təşkil edib. Azərbaycanda “kölgə iqtisadiyyat”ın ÜDM-nın 67 faiz olması dəqiq olmaya bilər. Yəni bu rəqəm bir qədər aşağı ola bilər. Lakin heç kimə sirr deyil ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi kifayət qədər böyükdür.

Dünya Bankı ilə Dövlət Statistika Komitəsinin göstəriciləri arasında bu qədər böyük fərq daha çox yanaşma metodikası ilə bağlıdır. Kölgə iqtisadiyyatı ictimai, iqtisadi münasibətlərin bütün sistemini, təkrar istehsalın uçot və nəzarətdən kənarda qalan istehsal, bölgü, mübadilə və istehlakı sferalarını əhatə edən mürəkkəb sosial-iqtisadi haldır.

Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və digər beynəlxalq səviyyəli qurumların buna müvafiq indikatorlar vasitəsilə özlərinin hesablama metodikası var. Bu indikatorlara görə onlar qiymətləndirmə aparırlar. Dövlət Statistika Komitəsi müşahidə olunmayan iqtisadiyyatı qeyri-qanuni fəaliyyət, ev təsərrüfatlarının öz şəxsi istehlakı üçün istehsal etdikləri mallar və qeyri-formal fəaliyyət kimi 3 komoanentə ayırır və sonra onun bir hissəsini kölgə iqtisadiyyatı kimi hesablayır.

Dövlət Statistika Komitəsinin bir neçə il bundan qabaqkı mövqeyinə görə, uçotdan bilərəkdən gizlədilən hissə – ticarət sahəsində - 29, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda həmin fəaliyyət üzrə- 31, tikintidə isə bu 12 faiz təşkil etdiyi göstərilirdi. Qalan sahələrdə isə kölgə iqtisadiyytının olmadığı və ya cüzi olduğu bildirilir. Daha yeni məlumatlara görə “kölgə iqtisadiyyat”ının payı sənayedə ÜDM-in 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir. Dövlət Statistika Komitəsi istehsal sahələrindəki “kölgə iqtisadiyyat”ını tam hesablamır. Ona görə də Dövlət Statistika Komitəsinin hesabatlarında kölgə iqtisadiyyatının həcmi kiçik alınır və beynəlxalq təşkilatların qiymətləndirmələri ilə kəskin uyğunsuzluq yaranır.

- “Kölgə iqtisadiyyat”ına qarşı hansı addımların atılmasına ehtiyac var?

Bütün ölkələrdə “kölgə iqtisadiyyat” var. Amma müxtəlif ölkələrdə onun miqyasları, ölkə iqtisadiyyatında tutduğu yer,oynadığı rol və deməli vurduğu ziyan da müxtəlifdir. Dövlət və özəl qurumlarda əmək haqqının bir hissəsinin “konvert” üsulu ilə verilməsindən tutmuş ikili və ya qara mühasibatlığa qədər geniş yayılmış kölgə iqtisadiyyatı mövcuddur.Beynəlxalq praktikada kölgə iqtisadiyyatına qarşı radikal-liberal üsulan başlamış repressiv üsula qədər müxtəlif üsullardan istidadə edirlər.

Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyytaına qarşı mübarizədə islahat xarakterli üsullardan istifadə olunmağa başlayıb. “Asan Xidmət”in uğurlu fəliyyəti və dövlət qurumlarında əmək haqqının konvert üsulunun aradan qaldırılması üçün görülən işlər,vergi, gömrük və digər sahələrdə şəffaflıq istiqamətinə atılan addımlar ölkədə kölgə iqtisadiyyatının azalmasında mühüm rol oynayıb.İndiyı qədər “ASAN xidmət” mərkəzlərinə 24 milyon müraciət olunub. Əgər “Asan Xidmət”in həmin uğurlu fəliyyəti olmasaydı, bu vətəndaşları ümumilikdə milyard manatlarla əlavə xərcə salacaqdı.

Əli Məsimli: “Əgər “Asan Xidmət”in həmin uğurlu fəliyyəti olmasaydı, bu vətəndaşları ümumilikdə milyard manatlarla əlavə xərcə salacaqdı”.

Bununla belə Azərbaycanda hələ də kölgə iqtisadiyyatı kifayət qədər yüksəkdir və onun dairəsinin daraldılması istiqamətində hələ çox iş görülməlidir. Azərbaycanda “kölgə iqtisadiyyat”ının böyük bir hissəsi məmur sahibkarlığından və məmur himayədarlığından qaynaqlanır. Ona görə də “kölgə iqtisadiyyat”ını nəzərəçarpan dərəcədə azaltmaqdan ötrü hökumət məmur sahibkarlığı və məmur himayədarlığının aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyat keçirməlidir. Çünki “kölgə iqtisadiyyat”ının əhəmiyyətli dərəcədə azaldılmasının magistral yolu məmur sahibkarlığının və məmur himayədarlığının aradan qaldırılmasından keçir.

Bu məsələ o qədər ciddidir ki, artıq Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidentinin çıxışında da öz əksini tapıb və Prezident bildirib ki, “...bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”. Bu problemin ciddi şəkildə aradan qaldırılması kölgə iqtisadiyyatının inkişafının dövlət üçün ən təhlükəli mərhələsi olan onun rəsmi strukturlarla əlaqəsinin institutlaşması prosesini araadn qaldırmaqla dövlət strukturlarında korrupsiya hallarını da xetyli dərəcədə aradan qaldırmış olar.



Maliyyə monitorinqi xidmətinin yaradılmasına və digər addımlara baxmayaraq, çirkli pulların yuyulmasına qarşı mübarizədə hələlik əhəmiyyətli nəticələr görünmür. Ona görə də bu sahədə işlər yenidən qurulmalı və daha təsirli mexanizm tətbiq edilməlidir. Vergi yükünün yüngülləşdirlməsi istiqamətində addımlar atılmalıdr. Bununla yanaşı, nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılmalıdır.

Əli Məsimli: “Maliyyə monitorinqi xidmətinin yaradılmasına və digər addımlara baxmayaraq, çirkli pulların yuyulmasına qarşı mübarizədə hələlik əhəmiyyətli nəticələr görünmür”.

Nağdsız ödəmələrin genişləndirilməsi dövriyyələrin şəffaflaşmasına və leqallaşmasına müsbət təsir edəcək. “Kölgə iqtisadiyyat”ına qarşı mübarizənin uğurla aparılması üçün ikili mühasibat aradan qaldırılmalı, mühasibat sistemi əsaslı surətdə təkmilləşdirilməli və tam rəsmiləşdirilməlidir. ##relatedPostMilli##Uçot-hesabat sistemi təkmilləşdirilməli, eyri-rəsmi məşğulluğun aradan qaldırılması üşün təsirli tədbirlər görülməlidir. Qeyri-formal məşğulluğun əsas səbəblərindən biri sosial sığorta ayırmalarının yüksək olmasıdır. Əməkhaqqı fondundan sosial sığorta ayırmalarının 25 faizlik (22 faiz işəgötürən + 3 faiz işçilər) həddinin yüksək olması sahibkarların və işəgötürənlərin öz gəlirlərini leqallaşdırmağa mane olan səbəblərdən biridir.

Bu sahədə ciddi islahatlar aparıb optilaşmaya nail olmaq çox zəruridir. Vergi yükü optimallaşdırılmalıdır ki, müxtəlif növ vergi və sosial ödənişlərin yüksək olması və qanunsuz müdaxilələr ucbatından sahibkarları kölgə iqtisadiyytaına keçməsinə sövq etdirməsin.Həmin tədbirlərin sistemli şəkildə həyat keçirilməsi az qala paralel iqtisadiyyat səviyyəsinə çatmış kölgə iqtisadiyyatının ehtiyatlarından leqal iqtisadiyyatın genişləndirilməsinə və inkişaf sürətinin artırılmasına əlavə impuls vermək, kölgə iqtisadiyyatının vergiyə gəlb edilməsi mümkün olan hissəsi hesabna isə büdcəyə əvvəlcə yüz milyonlarla, bir qədər sonra isə milyardlarla manat əlavə vəsait cəlb etmək olar.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

MİDA tenderlərində MTK-ların iştirak etməməsinə aydınlıq gətirib

Ən çox oxunanalar