Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Mingecevir şəhər sakini Sübhü Abbasovun idarə etdiyi "İSUZU" markalı yük maşını ilə "VAZ-21015" markalı avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elcan Alhümbətov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az