Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Həbiblə bağlı qərarını açıqladı

UFC prezidenti Dena Vayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla bağlı yekun qərarı açıqlayıb

Təşkilat prezidentinin sözlərinə görə, Həbib UFC çempionu olaraq təşkilatın dəstəyi altında fəaliyyətinə davam edəcək:

"Həbib çox yaxşı idmançıdır. Bizim onunla çox gözəl münasibətlərimiz var. Həbib UFC himayəsi altında döyüşlərə davam edəcək. Onun növbəti rəqibinin kim olduğu hələ məlum deyil. Biz onunla hələ bu barədə danışmamışıq. Təşkilat Həbibin Makqreqor üzərindəki qələbədən rahat şəkildə zövq almasını gözləyir. Daha sonra bütün bu məsələlər danışılacaq".

UFC prezidenti Həbibin dostu Zubayr Tuxuqovun UFC-ni tərk etməklə hədələməsinə də münasibət bildirib:

"Həbib Nurməhəmmədovun Konor Makqreqor ilə sonuncu döyüşü çox emosional keçib. Lakin bütün bunlara baxmayaraq, onunla münasibətlərimiz yenə də qaydasındadır. Amma Zubayr Tuxuqovun turnirdəki taleyi ilə bağlı hələ heç bir müzakirə aparılmayıb. Bu barədə nəsə demək üçün tezdir".

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində əslən dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora boğucu fənd işlədərək qalib gəlib və çempion kəmərini qazanıb. Döyüşdən sonra Həbib irlandiyalı rəqibi Makqreqorun məşqçisi Dillon Denisə, onun dostu Zubayr Tuxuqov isə ringə atılaraq Makqreqora hücum etmişdi. UFC qaydaları pozan idmançılar haqqında müxtəlif tədbirlər görəcəyini deyib.(publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar