Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanın iqtisadi siyasəti ABŞ və Qərb tərəfdaşlarının diqqətini cəlb edir"

“Moody"s” beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatının vəziyyəti ilə bağlı proqnozu ölkənin sürətli inkişaf dinamikasını, eləcə də keçirilən islahatların müsbət nəticələrini təsdiq edir"

Bunu Trend-ə britaniyalı analitik Abişek Kumar deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf tempinin artımına ilk növbədə Azərbaycan dövlətinin ağıllı və düşünülmüş iqtisadi siyasəti səbəb olub:

““Moody's” agentliyinin ölkə iqtisadiyyatının artımınının 3 faiz səviyyəsində qalacağı barədə gözləntiləri məntiqəuyğundur. Son bir neçə il ərzində Azərbaycanda qeyri-neft sektorunun güclənməsi kursu həyata keçirilir, bu isə öz müsbət nəticələrini verir”.

A.Kumar bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafı Azərbaycana 2017-ci ildə neft qiymətləri ilə bağlı xarici risklərin təsirini neytrallaşdırmağa imkan verdi və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatı 2016-cı ildə 3 faiz azalmaya qarşı 2017-ci ildə 0,1 faiz artdı.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi düşünülmüş daxili iqtisadi siyasətlə yanaşı, düzgün enerji siyasəti də yürüdür:

“Bu baxımdan 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku üzrə müqavilənin uzadılmasını mühüm hadisə kimi qiymətləndirirəm. Bu addım neft hasilatını uzun illər boyunca sabit səviyyədə saxlamağa imkan verəcək, xarici investorlar isə ölkə iqtisadiyyatına ciddi investisiyalar yönəldə biləcək. Bu isə nəticədə iqtisadiyyatın bütün sahələrinin inkişafında, yeni iş yerlərinin açılmasında, yeni müəssisələrin yaradılmasında özünü göstərəcək. Digər tərəfdən, neft hasilatının sabit səviyyədə saxlanması ölkənin iqtisadi inkişafına xidmət edəcək".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

A.Kumar vurğulayıb ki, bugünkü Azərbaycan həm regionda, həm də dünyada strateji əhəmiyyət daşıyan irimiqyaslı enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, Cənubi Qafqazın aparıcı dövləti kimi qəbul olunur:

““Cənub Qaz Dəhlizi” meqalayihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran və regionda təhlükəsizliyin qorunmasına xidmət edən beynəlxalq əhəmiyyətli infrastruktur layihələridir”.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” ilə bağlı son bəyanatı növbəti dəfə göstərir ki, ABŞ Azərbaycanla dayanıqlı əməkdaşlığa sadiqdir və Bakının Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini tam dəstəkləyir. Bütün bu faktlar Azərbaycana qərb tərəfdaşlarının diqqətinin və marağının göstəricisidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar