Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Livan inqilabına qadınlar liderlik edir

Qadınlar uzun müddətdir siyasi sistemdə yetərincə təmsil edilmədikləri üçün indi küçələrdə etiraz edirlər...

Richard Hall

“The Independent” qəzeti

Livanda son həftələrdə sürətlə yayılan hökümət əleyhinə etirazlar lider çatışmazlığına görə diqqəti cəlb edirdi. Lakin bu nümayişlər lidersiz çox davam edə bilməzdi.

Yürüşlərdə, müzakirə qruplarında və aksiyalarda ön cərgədə gedən qadınlar hərəkatın arxasındakı hərəkətverici qüvvə rolu oynayırlar. Qadınlar uzun zamandan bəri siyasi sistemdə yetərincə təmsil edilmədikləri üçün indi küçələrdə etiraz edirlər.

Hər gün etiraz aksiyalarında iştirak edən beynəlxalq münasibətlər üzrə müşavir Mariyanna Vehbə deyir: “Qadınlar bu inqilabın ən önəmli hissəsidir. Ön cərgələrdəyik, bir-birimizə güc veririk və sabitliyi qoruyuruq”, deyir. Vehbə şəhərin əsas meydanında minlərlə insanın iştirakı ilə keçirilən, şamların yandırıldığı bir gecə növbəsini təşkil edib. İnsana dərindən təsir ediən bir an idi, lakin bu nümayişlərdə qadınların rolu təkcə simvolik deyildi, həm də onların xarakterlərini diqqətçəkici şəkildə dəyişdirdi.

Etirazlara aid təsirli görüntülərindən biri ilk gecə etirazçılarla bir nazirin cangüdənləri arasında baş verən toqquşma vaxtı çəkilib. Cangüdənlərdən biri təhdid etmək üçün silahını sallayarkən Mələk Alovya adlı bir qadın cangüdənin qasıqlarına möhkəm bir təpik atıb.

Şamların yandırıldığı gecə növbəsi

Ölkənin korlanmış və patriarxal siyasi sinfinin nümayəndəsinə qarşı bir qadının verdiyi bu sərt reaksiya birdən internetdə sürətlə yayılıb, bir illüstrasiya ilə formalaşdırılıb və daha çox insanın küçələrə axışmasına səbəb olub. 

Qadınların aksiyalar üzərindəki ən böyük təsiri isə etirazları daha da sülhyönümlü hala gətirmələri olub. Nümayişlərin ilk 2 gecəsi polislə etirazçılar arasında davam edən şiddətli toqquşmalarla yadda qalıb. Lakin üçüncü axşam bir qrup qadın iki tərəfi ayırmaq üçün canlı qalxan yaratmağa qərar verib.

Yolu bağlayanların arasında olan aktivist Dayna Eş: “Qadınların məqsədi nümayişlərin necə inkişaf etdiyinə nəzarət etmək idi. Qadınlar sülhyönümlü bir etiraz aksiyası istədi. Buna görə də, şiddəti dayandırmaq üçün ön cərgələrə keçdilər”, deyir. Onlar bunu qadın cəbhəsi adlandırıb. Toqquşmalar birdən dayanıb və nümayişlər sonrakı günlərdə böyüməyə davam edib.

Şiddət azaldığı üçün də daha çox insan son 10 ilin ən böyük nümayişlərində rahatlıqla iştirak edə bilib.

Vehbə: “Səslərini çıxara biləcəklərinə heç inanmayan qadınlar mənə müraciət etdi. Bu qorunma sinfini onların fikirlərini paylaşmaları və danışmaları üçün yaratdıq”.

1 həftə sonra nümayişçilərin Beyrut ətrafında yaratdıqları barikadaları polis zorla qaldırmağa başladıqda yenə eyni şey oldu. Qadınların olduğu qruplar ön cərgəyə yerləşiblər və bundan sonra polis geri çəkilib.

Nümayişlər bir çox baxımdan əvvəlki aksiyalardan fərqlənirdi. Höküməti və ya hər hansı bir siyasi lideri hədəf almaq əvəzinə, Livanın korlanmış, patriarxal siyasi sinfinə bütünlüklə meydan oxudu. Onları yeni vergilər hərəkətə keçirmiş olsa da, hərəkatın kökü çox daha dərinə gedib çıxır. Ağır iqtisadi böhranlar və onlarla il davam edən qanunsuzluq ölkəni bu hala gətirib.

Nümayişçilər dəfələrlə bildiriblər ki, onların tələbləri ən təməl vətəndaş hüquqlarının yerinə yetirilməsindən ibarətdir. Lakin Livanda qadınlar üçün bu hüquqlar daha da azdır.

Yaxın dönəmdəki bəzi islahatlara baxmayaraq, ölkənin hüquq sistemi qadına qarşı ayrı-seçkilik edən bəzi qanunlar qəbul edib. Livanlı analar vətəndaşlıqlarını uşaqlarına ötürə bilmirlər. Qadınlara qarşı ağır şəkildə ayrı-seçkilik edən dini qanunlarla boşanma, mülk hüquqları və uşaq qəyyumluğu kimi məsələlərdə qərarlar qəbul edilir. Livan qanunları, həm də evlilik daxili təcavüzü, xüsusilə cinayət hesab etmir və Livan dünyadakı ən aşağı doğuş icazəsi ödənişinə sahib ölkədir.

Livanın 128 yerdən ibarət məclisində təkcə 6 qadın millət vəkili var və qadınlar elm, texnologiya və mühəndislik kimi önəmli sahələrdə yetərincə təmsil edilmirlər.

Dünya İqtisadi Forumunun iqtisadiyyatda, təhsildə, səhiyyədə və siyasətdə gender bərabərliyini ölçən Qlobal Cinsiyyət Bərabərsizliyi təşkilatının 2018-ci il hesabatında Livanın 149 ölkə arasında 140-cı yerdə olması heç də təəccüblü deyil. 

Livanda qadın hüquqları ölkənin digər problemləri ilə birlikdə müzakirə edilir. Hissə-hissə edilən islahatlarda hər hansı ciddi bir dəyişiklik edilmir və səhvlərin üstü müvəqqəti olaraq örtülür.

Bu sıxıntıların illərlə dilə gətirilməməsi qadınların küçələrə axışmasına səbəb oldu.

Dayna Eş: “Düşünürəm ki, hər yaşdan, hər kökdən və sinifdən qadının davam edən bütün prosesdə əməyi var. Qadınlar əhalinin yarısını təşkil edirlər və ikiqat təzyiqə məruz qalırlar”.

Vehbə 15 yaşlı qızının da məktəb yoldaşları ilə etirazlarda iştirak etdiyini bildirib: “Qızım mənim böyüdüyüm Livanda böyüməyəcək. Biz qorxu içində böyüdük. İndi isə bunların heç biri qalmayıb. Əgər bir problemimiz varsa, bu barədə yüksək səslə danışacağıq. İndi söz sahibi bizik”.

“Bu enerji hər zaman orada idi. Artıq enerjimizi çölə vurmağın və həqiqətən kim olduğumuzu göstərməyin yolunu tapmışıq”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar