Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa görə maliyyə yardımı kimlərə veriləcək? - Video

Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. Ümumilikdə 10 proqramın maliyyə həcmi 2,5 milyard manatdır. Bu da ümumi daxili məhsulun 3 faizini təşkil edir.

Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və digər sahələrdir. Bu sahələrdə fəaliyyət göstərən müəssisələrin əmək haqqı fondunun yarısı dövlət tərəfindən ödəniləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada da əmək haqqı fondunun bir hissəsinə dəstək tətbiq ediləcək.

Dövlət dəstəyindən karantin dövründə işçilərini ixtisar etməyən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlamış sahibkarlar yararlana biləcək. Bundan başqa işini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Dövlət koronavirus pandemiyasının ziyan vurdğu sahibkarların kredit ödənişlərinə də dəstək göstərəcək. Bu məqsədlə 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. 10 mart tarixindən əvvəl götürülən, vaxtlı-vaxtında indiyədək ödənilən kredit faizlərinin 10 faizi Sahibkarlığın İnkişafı Fondu hesabına ödəniləcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir.

Pandemiyanın mənfi təsirləri altında olan sahibkarlıq subyeklərinə müxtəlif vergi güzəştləri, tətilləri və imtiyazları veriləcək. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bu baxımdan ipoteka kreditlərinə dəstək proqramı da nəzərdə tutulub.

Bundan başqa işsiz vətəndaşlara dəstəyi özündə əks etdirən sosial paket də hazırlanıb. Bu barədə qarşıdakı günlərdə daha ətraflı məlumat veriləcək.

Dəstək proqramları çərçivəsində elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvt saat həcmində müddətli artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsinə, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir. (ATV)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar