Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.

Bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komisarlıqlarına yaxınlaması istənilib.

Komisarlığa dəvət olunan gənclərin istisnasız olaraq təlimlərə cəlb edilməsi cəmiyyətdə bəzi narazılıq yaradıb. Belə ki, sosial şəbəkədə gedən müzakirələrdə bəzi gənclərin ailələrinə baxdıqları üçün təlimlərdə iştirak edə bilməsi qeyd olunub. Mövcud vəziyyətdə gənclərin hərbi təlimlərə məcburi cəlb olunması məsələsi müzakirə obyektinə çevrilib. Mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət edilib və gəcnlərin hərbi təlimlərdə iştirakdan imtina hüququnun olub-olmamasını aydınlaşdırıb. Vəkil bildirib ki, bəzi gənclər məcburi qaydada hərbi təlimlərə cəlb olunurlar və onlar bundan imtina edə bilməzlər: "Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:

Birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə".

Vəkil əlavə etdi ki, Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və bu son yaş hədlərinədək ehtiyatda olurlar:

"Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - birinci dərəcə üzrə 35 yaş, ikinci dərəcə üzrə 45 yaş, üçüncü dərəcə üzrə 50 yaş;

Kiçik zabitlər - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş;

Baş zabitlər: mayor və polkovnik-leytenantlar - birinci dərəcə üzrə 50 yaş, üçüncü dərəcə üzrə 55 yaş; polkovniklər - birinci dərəcə üzrə 55 yaş, üçüncü dərəcə üzrə 60

Ali zabitlər - birinci dərəcə üzrə 60 yaş, üçüncü dərəcə üzrə 65 yaş.

Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün 45 yaşdır.

Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:

- Hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində;

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;

- Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;

- Qadın hərbi vəzifəlilər;

- Mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;

- Dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);

- Əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);

- Hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar".(baku.ws)

pia.az

 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

loading...

Ən çox oxunanalar