Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş prezidenti Putinə görə həbs etmək istəyirlər

Argentinalı hakim Klaudio Bonadio prokurora keçmiş dövlət başçısı Kriştina Fernandes de Kirşnerlə bağlı müraciət edib

O, ölkə rəhbərinin evində tapılmış tarixi sənəndlərin oğurlanması ilə bağlı məhkəmə dinləmələrinin başlaması üçün lazımi sənədlərin hazırlanmasını istəyib. Kirşner özü bu sənədlərdən birini ona Rusiya prezidenti Vladimir Putinin bağışladığını deyirdi.

Söhbət Argentinanın keçmiş prezidenti İpolito İriqoyenanın qeyd kitabçasından və Latın Amerikasının azadlıq fədailərindən Xose de San-Martinin çilili silahdaşı Bernardo O’Hiqqinsə 1835-ci ildə yazdığı məktubdan gedir. Hər iki sənədi keçən il Kirşnerin evindən korrupsiya ilə bağlı axtarış zamanı tapmışdılar. İstintaqın müəyyənləşdirdiyinə görə, sənədlər Argentinanın, Çilinin dövlət arxivlərindən oğurlanıb.

Bonadionun istintaq başa çatdığını bildirir. İndi məhkəmə üçün sənədləri hazırlamaq vaxtıdır.

Kirşner “Sinceramente” (Səmimiyyətlə) kitabında məktubu ona Putunun 2015-ci ildə bağışladığını yazıb. Guya rus həmkarı deyib ki, sənəd Nyu-Yorkdan alınıb.

Xanım Kirşner prezident postuna 2007-ci ildə əri Nestor de Kirşnerin 4 illik hakimiyyətindən sonra gəlmişdi. O, bu postda daha çox – 8 il qalmışdı. Kirşneri daha çox korrupsiyada ittiham edirdilər. 2017-ci ildə vətənə xəyanət maddəsi də bunun üstünə gəlmişdi. (Demokrat.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar