Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamoğlunun həyatını dəyişdirən səhər yeməyi

Əkrəm İmamoğlunun İstanbula namizəd olmasının əsl hekayəsi...

Candaş Tolqa İşıq,
“Posta” qəzeti, Türkiyə, 19 aprel 2019-cu il

Əkrəm İmamoğlu öz partiyası üçün tarixi bir uğura imza atıb. İmamoğlunun Məhərrəm İncə, Gürsəl Təkin və İlhan Kəsici kimi şəxslərin arasından çıxıb namizəd kimi göstərilməsi çox çətin və riskli idi. İmamoğlu da daxil olmaqla hər kəsin Beylikdüzündə cəmi 1 dönəm rəhbərlik etmiş bir şəxsi o boyda İstanbula namizəd göstərmək barədə şübhələr vardı. Ancaq bir nəfərdən başqa!

Əkrəm İmamoğlunun İstanbula namizəd olmasının əsl hekayəsi budur...

CHP lideri Kamal Qılıcdaroğlu Əkrəm İmamoğlunu İstanbul namizədi olaraq göstərmək fikrini öz yaxın ətrafına ilk dəfə 2017-nin yaz aylarında bildirmişdi. Qılıcdaroğlu və çevrəsindəki bir neçə nəfərdən başqa, hər kəsin ilk reaksiyası mənfi yöndə idi:

“Tanınmış bir şəxsdir. Mühafizəkarlığına görə təşkilatın qınağına tuş gələ bilər”, deyiblər.

Həmin ilin yay ayları bitdikdə şəhər bələdiyyələrində istefa fırtınası qopmuşdu. Həmçinin, sentyabr ayında bu fırtına İstanbula da zərər verdi və Qədir Topbaş istefa verdi. Qılındaroğlu İmamoğlunun namizədliyinin ilk məşqini burada edəcəkdi.

Topbaşın istefasından sonra bələdiyyə məclisində sədrliyə namizəd kimi Əkrəm İmamoğlu göstərildi. 1 il sonra prezident seçkiləri vardı. Qılıcdaroğlu bir tərəfdən prezidentlik üçün işləyərkən, digər tərəfdən 31 mart 2019-cu il tarixinə İstanbul üçün Əkrəm İmamoğlunu hazırlayırdı.

Prezident seçkiləri bitdi. 2018-in yayı bitərkən CHP-də, demək olar, hər kəs İstanbul üçün namizədin Məhərrəm İncə olmalı olduğunu düşünərkən Qılıcdaroğlu qərarlı idi: İmamoğlunu İstanbula namizəd irəli sürəcəkdi.

Lakin təkcə bir dönəm rayon bələdiyyə sədri olmuş İmamoğlunun bu dönəm böyük şəhər namizədi olmaqla bağlı şübhələr var idi. 2018-in payızında bir tərəfdən Qılıcdaroğlu və məsləhətçiləri, digər tərəfdən isə Əkrəm İmamoğlunun yaxın ətrafındakı insanlar, sənətçilər yenə də Qılıcdaroğlunun xahişi ilə razılaşdırma işlərinə başlamışdı. Son görüş 2018-in noyabrının ilk həftəsində Qılıcdaroğlu və İmamoğlu arasında baş tutub. Kamal bəy orada İmamoğluna unuda bilməyəcəyi bir söz deyib: “Sən bizim namizədimiz deyil, böyük şəhər bələdiyyə sədrimizsən”. Kamal Qılıncdaroğlu o görüşdə Əkrəm İmamoğluna bir jest də edərək İstanbul bələdiyyə sədri namizədliyini İmamoğlu ailəsinə birlikdə xəbər verməyi təklif edib.

Kamal Qılıcdaroğlu Əkrəm İmamoğlunun anası, atası, bacı-qardaşları, həyat yoldaşı və uşaqları ilə səhər yeməyində görüşüb. O səhər yeməyində Əkrəm İmamoğlunun namizəd olmasının niyə gərəkli olduğunu bütün ailə üzvlərinə şəxsən izah edib:

“Birlikdə çətin və uzun bir yola çıxırıq. Sizlərin dəstəyi və dualarınız olmasa, bacara bilmərik”.

Sonra Əkrəm bəyin anasına və atasına müraciətlə “Allahın əmri ilə oğlunuzu İstanbul bələdiyyə sədri etmək üçün aparmağa gəlmişik”, deyib. Və hər şey bu səhər yeməyindən sonra başlayıb.

Qılıcdaroğlu İmamoğlunun seçki kampaniyasının içində şəxsən fəaliyyət göstərib. Kampaniyaya bəzən birbaşa müdaxilə edib. Məsələn, şəxsən zəng edərək “Liderlər soyadları ilə kampaniya keçirər. Kampaniyada İmamoğlu soyadından istifadə edəcəksiniz” göstərişini verib.

Sözüm odur ki, bu aralar CHP-də hər kəs “Əkrəm bəyi İstanbul namizədliyi üçün mən razı saldım”, desə də, bu işin bircə memarı var - o da Kamal Qılıncdaroğludur.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar