Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki kilsə arasında müharibə: Ukrayna Rusiya ilə mənəvi bağlarını da qırdı

Ərdoğanın provaslav kilsələrinin müharibəsinə müdaxilə etmək ehtimalı varmı?

Bəzi rus politoloqları və din xadimləri hesab edirlər ki, Putin Konstantinopol patriarxı Bartolomeyə təsir etmək üçün Türkiyə prezidenti Ərdoğandan yararlanmalıdır. Bunun üçünsə Rusiya patriarx Bartolemeyin Fətullah Gülənlə əlaqələri barədə sübutları Ərdoğana təqdim etməlidir.

Xəbər verdiyimiz kimi, ötən həftə, oktyabrın 11-də Konstantinopol patriarxlığının Sinodu Ukrayna provaslavlarının Rusiya Provaslav Kilsəsinin (RPK) tabeçiliyindən çıaxarılmasını rəsmən təsdiqləyib. Sinod 1686-cı ildə Kiyev patriarxatının Moskva patriarxatlığının tabeçiliyinə verilməsi ilə bağlı məktubun hüquqi əsaslarını ləğv edib və Kiyev Patriarxlığı yenidən Konstantiopol Patriarxının tabeçiliyinə verilib. Artıq Kiyev Patriarxlığına avtokefaliya (müstəqillik) verilməsi ilə bağlı proses başladılıb. Həmçinin Müqəddəs Konstantinopol Sinodu daha əvvəl Rusiya Provaslav Kilsəsi (RPK) tərəfindən anafemaya verilən (lənətlənən) Kiyev patriarxı Filaretin və Ukrayna Avtokefal Provaslav Kilsəsinin lideri Makariyanın üzərindən anafema (lənət) qaldırılıb. Gələn bu iki kilsənin və Moskva Patriarxına tabeçiliyini davam etdirən Ukrayna Provaslav Kilsəsindən ayrılan din xadimlərinin iştirakı ilə vahid Ukrayna Provaslav Kilsəsinin yaradılması üçün Sinod təşkil ediləcək və bundan sonra patriarxı seçilmiş yeni kilsəyə avtokefaliya veriləcək.

RPK öz tərəfindən Ukrayna Provaslav Kilsəsinin (UPK) müstəqilliyi ilə razılaşmadığını bildirib. Rus Pravoslav Kilsəsi qəbul edilən qərarla bağlı sərt açıqlama verərək, “Bu qərar pravoslavlıqda parçalanmaya səbəb olacaq. Konstantinopol öz fəaliyyətləri ilə qırmızı xətti keçir və dünya pravoslavlığının vahidliyini pozur. Buna qarşı cavabımız qəti və sərt olacaq. Cavab yaranan situasiyaya adekvat olacaq”, deyə bəyan edib.

Dünən isə Minskdə toplaşan RPK-nın Müqəddəs Sinodu Kainat Patriarxlığı olaraq bilinən Konstantinopol patriarxlığı ilə bütün əlaqələri kəsməsi barədə qərar qəbul edib. Konstantinopol patriarxlığına aid olunan məbədlərdə Rus Provaslav Kilsəsinə aid inanclı insanların ibadət etməsi də qadağan olunub. Bu kilsələrdə ibadət edən inanclılar günaha batmış hesab olunacaqlar və onların günahlarını yalnız patriarx Kiril buraxa bilər.

RPK-nın bu qərarı ilə Dünya Provaslav Kilsəsi parçalanıb. Lakin bu parçalanma faktiki olaraq RPK çərçivəsində baş verir. Dünya Provaslav Kilsələri arasında RPK-nı ancaq Serb Provaslav Kilsəsi müdafiə edir ki, bir müddətdən sonra Serb Kilsəsinin də Rusiyanı tək qoyacağı istisna olunmur.

Ukrayna Provaslav Kilsəsinin RPK-dan ayrılmasından sonra isə Rusiya Provaslav Kilsəsinin büyün dünyada ən böyük kilsə olması da artıq mümkün deyil. Çünki Ukrayna provaslavları RPK-nın camaatının təqribən yarısını təşkil edir.

Lakin Ukrayna Provaslav Kilsəsinin RPK-dan ayrılması daha çox siyasi məsələdir. Söhbət təbii ki, Ukrayna torpaqlarını işğal edən Rusiya ilə Ukrayna arasında dini-mənəvi bağların qırılmasından gedir. Qeyd edək ki, Kiyev Patriarxlığının lideri, RPK tərəfindən lənətlənmiş patriarx Filaret 1991-0ci ildən Ukrayna kilsəsinin Rusiya kilsəsindən ayrılması uğrunda mübarizə aparır. Ukraynada müharibə getdiyi zaman Moskvaya bağlı olan Ukrayna Provaslavları Kilsəsinin işğala haqq verməsi Filaretin başçılıq etdiyi və rusların kanondankənar (qanunsuz) adlandırdığı Kiyev Patriarxlığının nüfuzunu kifayət qədər yüksəlməsinə səbəb oldu. Və nəticədə 27 ildən sonra nəhayət ki, Filaret Ukrayna kilsəsinin müstəqilliyinə nail ola bildi.

Ukrayna Prezidenti Pyotr Poroşenko baş verənləri Rusiyaya böyük zərbə adlandırıb və bildirib ki, Ukrayna üçün avtokefaliyanın alınması milli təhlükəsizlik məsələsidir. ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker isə qeyd edib ki, ABŞ Ukrayna kilsəsinin müstəqilliyini dəstəkləyir. Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması Vladimir Putinin Ukraynanı birdəfəlik itirməsi demək olacaq.

Kreml də məsələdən kənar qalmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya bütün dünyada rusdilliləri müdafiə etdiyi kimi Ukraynada provaslavları da müdafiə edəcək. Bununla belə Rusiya prezidentinin sözçüsü vurğulayıb ki, bu müdafiə birmənalı olaraq diplomatik qaydalarla həyata keçəcək. Buna baxmayaraq, Peskovun bu sözləri bəzi dairələr tərəfindən təhdid kimi qəbul olunub.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə öz növbəsində Ukrayna kilsəsinin Rusiyadan ayrılmasına görə ABŞ-ı günahlandırıb. Lavrov qeyd edib ki, Ukrayna kilsəsinə müstəqillik verilməsi ilə bağlı Vaşinqton patriarx Bartolomeyə təzyiqlər edib.

Hazırda isə ən problemli məsələ Ukraynada Rus Provaslav kilsəsinə aid olan əmlakı, mülkiyyəti və müqəddəs əşyalar hesab olunur. Kiyev Patriarxlığı təbii olaraq həmin əmlakı və müqəddəs əşyaları özünə tələb edir. Buna görə də Rusiyaya aid olan kilsələrin zorla tutulması istisna olunmur. Bu isə Ukraynada yeni münaqişənin və müharibə təhlükəsinin yaranmasına səbəb olub və bu təhlükə hər gün daha da böyüməkdədir.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, Ukrayna ilə geniş əlaqələri olan politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Elxan Şahinoğlu: “Əslində bu proses Rusiya üçün böyük itkidir və Rusiyanın iddiasının əksi olaraq, Ukrayna kilsəsinin müstəqilliyinin arxasında ABŞ dayanmır”.

Elxan Şahinoğlu hesab edir ki, Ukrayna kilsəsinin Rusiya Provaslav kilsəsindən ayrılmasına görə Rusiya Ukrayna ilə müharibə etməyəcək, lakin Rusiya bütün gücü ilə Ukrayna kilsəsinin müstəqillik əldə etməsinə mane olacaq və burada müxtəlif təxribatları da istisna etmək olmaz. Politoloq hesab edir ki, Rusiya kilsəsinin və Rusiya siyasi rəhbərliyinin hansı addım atmasından asılı olmayaraq, artıq ayrılma baş verib və iki kilsə ayrılıb. Bu isə o deməkdir ki, Rusiya Ukraynanı birdəfəlik itirir:

“Provaslav kilsələrinin ayrılması fonunda Rusiya Ukrayna ilə müharibəyə başlamayacaq. Lakin Rusiya müəyyən maneələr yaratmağa çalışacaq. Rusiya bütün gücü ilə Ukrayna kilsəsinin müstəqillik əldə etməsinə mane olacaq və burda müxtəlif təxribatları da istisna etmək olmaz.

Əslində Ukrayna kilsəsinin müstəqilliyi bu dövlətin özəl hüququdur. Bundan əvvəldə müstəqillik əldə edən bir sıra dşvlətlərin kilsələri, o cümlədən Yunan kilsəsi Konstantinopoldan müstəqillik alıb. Ona görə də Ukrayna kilsəsinin müstəqillik əldə etməsi istisna hal deyil. Bir qonşu ölkənin sənin ərazini işğal etdiyi və seperatçılığa dəstək verdiyi halda kilsəni öz əsarəti altında qalması normal deyil. Bu baxımdan Ukrayna haqlı olaraq bir müddət öncə Konstantinopola müraciət etmişdi və onlardan da razılıq alandan sonra kilsələr ayrıldı. Düzdür, Rusiya bu addımın əleyhinədir və Rusiya kilsəsinin rəhbəri də bu məsələ ilə bağlı açıqlamalar verib. Buna baxmayaraq, artıq qərar verilib.

Elxan Şahinoğlu: “Əslində bu proses Rusiya üçün böyük itkidir. Çünki Krımı ilhaq yolu ilə əldə etsə də, Ukrayna kimi bir dövləti həmişəlik itirdi”.

Sadəcə Kiyevdə bir çox kilsələr hələ də Rusiya Provaslav Kilsəsinin nəzarəti altındadır. Ukrayna müstəqil kilsə yaradandan sonra o kilsələrin də öz tabeçiliyinə verilməsin tələb edəcək və bu təbiidir. Bu istiqamətdə Ukraynadakı kilsələr arasında müəyyən toqquşmaların baş verməsi ehtimalı var.

Rusiya Krımı işğal etmək və Donbas seperatçılarına dəstək verməklə, faktiki olaraq keçmişdə qardaş adlandırdığı dövləti özünə düşmən etdi. Ukrayna artıq Rusiyanı özünə tərəfdaş saymır və Avropaya inteqrasiya yolunu tutub. O cümlədən kilsəsini də müstəqil etməyə çalışır. Əslində bu proses Rusiya üçün böyük itkidir. Çünki Krımı ilhaq yolu ilə əldə etsə də, Ukrayna kimi bir dövləti həmişəlik itirdi

Onu da qeyd edim ki, Rusiyanın iddiasının əksi olaraq, Ukrayna kilsəsinin müstəqilliyinin arxasında ABŞ dayanmır. Ukrayna kilsəsi müstəqil olmalı idi. Azərbaycanın məscidləri necə müstəqildirsə, Ukrayna kilsələri də o şəkildə norml olaraq müstəqil olmalıdır. Necə ki, Azərbaycan öz məscidlərinin qonşu dövlət İrandan asılı olmasını istəməzdi. Ukrayna da bu hüququ istəyir. Ukrayna bununla yanaşı, ölkənin müstəqilliyini daha da gücləndirmək istəyir”.

Elxan Şahinoğlu: “Hesab edirəm ki, Ərdoğan iki dövlətin kilsəsi arasındakı gərginliyə qarışmayacaq”.

Məsələnin həlli yollarını axtaran bəzi rus politoloqları və din xadimləri hesab edirlər ki, Putin Konstantinopol patriarxı Bartolomeyə təsir etmək üçün Türkiyə prezidenti Ərdoğandan yararlanmalıdır. Bunun üçünsə Rusiya patriarx Bartolemeyin Fətullah Gülənlə əlaqələri barədə sübutları Ərdoğana təqdim etməlidir.

Maraqlıdır ki, Türkiyə dövlətinin və şəxsən Ərdoğanın Bizans kilsəsinin işlərinə müdaxilə və təsir etmək imkanları varmı? Türkiyənin provaslav kilsələrinin daxili işlərinə qarışmasını məqsəduyğun hesab etmək olar? Rusiyanın Türkiyə dövləti ilə Bizans kilsəsinin arasında FƏTÖ faktoru ilə münaqişə yaratmaq məqsədi regionda dini-geosiyasi gərginliklər ortaya çıxara bilərmi və bu münaqişə Türkiyənin MDB və Şərqi Avropadakı mövqelərinə necə təsir edə bilər?

Türkiyənin bu məsələyə müdaxiləsin düzgün hesab etməyən Elxan Şahinoğlu düşünür ki, Konstantinopol patriarxı Bartolemey müstəqil qərar verdiyindən Ərdoğanın ona təzyiq etməsi mümkün deyil:

Rusiya politoloqları öz müstəmləkə siyasətlərini yeritməyə çalışırlar. Ərdoğan bu prosesə qarışa bilməz. Konstantinopol patriarxı Bartolemey müstəqil qərar verir və Ərdoğana tabe deyil. Baxmayaraq ki, Rusiya ilə münasibətləri yaxşıdır, Ərdoğanın özü belə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi hesab edir.

Hesab edirəm ki, Ərdoğan iki dövlətin kilsəsi arasındakı gərginliyə qarışmayacaq. Əgər qarışsa, Ukrayna ilə münasibətləri korlana bilər. Bu isə Ərdoğana lazım deyil”.

Məhəmməd Əsədullazadə: “Rusiyanın davam edən aqressiyası, Ukraynanın avrointeqrasiya siyasəti KiyevMoskvanın dini müstəvidə də münaqişəsinə gətirib çıxarıb”.

Başqa bir politoloq, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazdə də bu məsələdə Elxan Şahinğlundan fərqli düşünmür. Əsədullazadənin fikrincə, Rusiyanın davam edən aqressiyası, Ukraynanın avrointeqrasiya siyasəti KiyevMoskvanın dini müstəvidə də münaqişəsinə gətirib çıxarıb və bu münaqişəyə Türkiyənin bu və ya digər şəkildə müdaxilə etməsi mümkün deyil. Ümumiyyətlə isə mövcud gərginlik Türkiyənin maraqları xaricindədir:

##relatedPostMilli##“Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti və separatizmi dəstəkləməsi, Krımın anneksiyası iki qardaş ölkə arasında bütün sferalarda düşmənçiliyə səbəb oldu. Bu gün demək olar ki, bu iki ölkə arasında müharibə yenidən alovlanmaq riski ilə üz-üzədir. Rusiyanın davam edən aqressiyası, Ukraynanın avrointeqrasiya siyasəti KiyevMoskvanın dini müstəvidə də münaqişəsinə gətirib çıxarıb.

Qeyd edim ki, Ukrayna Provaslav Kilsəsi Rusiyanın Provaslav Kilsəsinə tabedir. Rusiya Avtokefal kilsəsi slavyanların demək olar ki, dini idarəetmə mərkəzidir. Ukrayna məhz Rusiya Avtokefal kilsəsindən ayrılıb, müstəqil olmaq istəyindədir. Hesab edirəm ki, Ukraynanın bu addımı dini və ideoloji olaraq Rusiyadan ayrılmaq və iki ölkə arasında bu kimi bağlarını qopartmaqdır. Bununla Kiyev Rusiyanın işğalçı siyasətinə qarşı demarş həyata keçirir. Bizans Avtokefal kilsəsi tərəfindən Ukrayna Provoslav kilsəsinin müstəqilliyinin təsdiqlənməsi Rusiyaya zərbədir.

Məhəmməd Əsədullazadə: “FETÖ ilə bağlı hər hansı dəlillər Türkiyə tərəfinə təqdim edilsə, bu, həqiqətən də Provoslav Kilsəsinin daxili siyasətinə qarışmaq olacaq”.

Hesab edirəm ki, Putinin Türkiyə prezidentindən Bizans kilsəsinə təsir edib, Ukraynanın bu addımının qarşısının alınması üçün hər hansı təklif edəcəyini gözləmirəm. Ümumiyyətlə, Türkiyə prezidenti buna getsə belə, Ukrayna artıq Rusiyadan dini idarəçilikdən ayrılmasının qarşısını ala bilməyəcək.

Bundan əlavə, FETÖ ilə bağlı hər hansı dəlillər Türkiyə tərəfinə təqdim edilsə, bu, həqiqətən də Provoslav Kilsəsinin daxili siyasətinə qarışmaq olacaq. Həmçinin bu xristian aləmi də Türkiyəyə qarşı hücumlarına rəvac verər.

Fikrimcə, Türkiyə ilə Rusiya arasında bu kimi məsələlər müzakirə edilsə də, bunun ciddi hər hansı bir nəticələrə gətirib çıxaracağı gözlənilmir. Türkiyə iki ölkə arasında dini müstəvidə problemlərə qarışmayacaq. Çünki hazırkı siyasət Türkiyənin maraqlarına cavab verir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.

Sədi

Ukrayna kilsəainin Rusiya üçün itirilməsi Putinin son illərdə yqrütdüyü siyasətin mənriqi məticəsidir. Sırada Moldaviya provaslavlarının da Moskvanın tabeçiliyindən çıxması var....


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar